Azərbaycan Badminton Federasiyası — Azərbaycanda badmintona nəzarət edən rəsmi qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşir.[1] Prezidenti Taleh Ziyadovdir. [2]
Azərbaycan Badminton Federasiyası | |
---|---|
Yaranma tarixi | 1962 |
Mərkəzi | Bakı, Azərbaycan |
Sədr | Taleh Ziyadov |
badminton.az |
Azərbaycan Badminton Federasiyası 1962-ci ildə Bakı şəhərində yaradılmış, 1996-cı ildə yenidən təsis edilmişdir. 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının (İBF) və Avropa Badminton Federasiyasının (EBF) üzvüdür. 1962-ci ildə Bakı şəhərində ilk badminton yarışları və çempionat, 1963-cü ildə Azərbaycan birinciliyi keçirilmişdir. Yeniyetmələrin 1969-cu ildə Klaypeda şəhərində keçirilən SSRİ birinciliyində Q. Hadıyev çempion, 1976-cı il (Mogilyov şəhəri) birinciliyində isə M. Orucov mütləq çempion olmuşdur. 1997-ci ildə İslam Ölkələri Qadınlarının İdman oyunlarında N. Mehdiyeva III yeri tutmuşdur. 2010-cu ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları qoşa yarışlarda bürünc medal qazanmışlar.