Azərbaycanda korrupsiya

Azərbaycanda korrupsiya[1] əhəmiyyətinə görə ölkə daxili iqtisadiyyatı sarsıdan ən böyük problemlərdən biri.

Azərbaycanda korrupsiyanın ortaya çıxması üçün əsas şərtlər hakimiyyətə və kapitala yaxınlıq, həmçinin hakimiyyətdə eyni hökumətin davamlı olmasıdır.

Transparency International korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı 2016-cı ildə tərtib etdiyi korrupsiyaya qarşı həssaslıq sıralamasında Azərbaycanı 176 ölkə arasında 123 yerdə göstərmişdir.[2]

2017-ci ildə 30 ölkədə arasında Sertifikatlı İctimai Mühasiblər Birliyi tərəfindən aparılan araşdırmaya görə Azərbaycana ən böyük kölgə iqtisadiyyatı olan ölkədir - 67%.[3] Transparency International korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı ölkələrin illik şəffaflıq reytinqini yayıb. Fevralın 21-də Berlində təqdim edilən məruzədə dövlətlər korrupsiya indeksinə görə sıralanıb. Azərbaycam 2017-ci ilin yekunlarına görə 122-ci yeri tutub.[4] 2018-ci ildə isə reytinq sıralamasında daha da pis nəticə göstərərək 180 ölkə arasında 152-ci yeri tutmuşdur.[5]

Qanunvericilik və beynəlxalq təşkilatlarda iştirak

[redaktə | mənbəni redaktə et]

1 fevral 2004-cü ildə korrupsiyanın qarşısını almaq məqsədi ilə "Azərbaycanda Korrupsiyaya Qarşı mübarizə fondu" təşkil edilmişdir.[6]

2004-cü ildə Azərbaycan beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupuna (GRECO) daxil olur.[7][8]

Bundan sonra "Korrupsiyaya qarşı mübarizə haqqında" (2004), "Dövlət vəzifəli şəxslərin maliyyə resurslarının elan edilməsi qaydaları haqqında" (2005) və bir sıra digər qanunlar qəbul edilir. 20042006-cı illər ərzində ölkədə korrupsiyaya qarşı dövlət proqramı, 20072010-cı illərdə isə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması dövlət strategiyası[9][10] həyata keçirilir.

Azərbaycan Beynəlxalq Korrupsiyaya qarşı mübarizə Akademiyasının yaradılması haqqında Sazişə qoşulmuş və bu strukturun üzvü olmuşdur.[11][12] 29-30 noyabr 2012-ci ildə Azərbaycan nümayəndə heyəti Vyanada "Beynəlxalq Korrupsiyaya qarşı mübarizə Akademiyasının yaradılması haqqında" saziş imzalayan ölkələrin və təşkilatların yüksək səviyyəli nümayəndələrinin ilk Assambleyasında iştirak etmişdir. Bu dövrdə Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Mübarizə Konvensiyası (UNCAC), Korrupsiyaya qarşı cinayət məsuliyyəti haqqında " və " Korrupsiyaya qarşı vətəndaş məsuliyyəti haqqında " Avropa Şurasının konsepsiyaları qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılmışdır.[13][14]

  1. "Avropa Şurası Azərbaycanda korrupsiya ilə bağlı hesabat dərc edib". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-09.
  2. "Arxivlənmiş surət". 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  3. http://www.accaglobal.com/content/dam/ACCA_Global/Technical/Future/pi-shadow-economy.pdf Arxivləşdirilib 2017-08-29 at the Wayback Machine Emerging from the shadows. The shadow economy to 2025] // ACCA report
  4. "Korrupsiya indeksi - Azərbaycan 180 ölkə arasında 122-dir (Ekspert şərhləri)". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-09.
  5. "CORRUPTION PERCEPTIONS INDEX 2018". 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  6. "Azerbaijan Corruption Report". 2018-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  7. Azərbaycan Korrupsi Qarşı Mübarizə Dövlətlər qrupuna daxil olmuşdur Arxivləşdirilib 2017-05-16 at the Wayback Machine/Azerbaijan is a GRECO Member
  8. Group of States Against Corruption,GRECO Arxivləşdirilib 2017-06-30 at the Wayback Machine//GRECO website
  9. Бокарева Алина Вадимовна, к.э.н., доц. Химченко А.Н., ДонНУ. "ТЕНЕВАЯ ЭКОНОМИКА И КОРРУПЦИЯ В АЗЕРБАЙДЖАНЕ" (PDF). Таврійський економічний журнал №4 / 2013. İstifadə tarixi: 2015-8-4.[ölü keçid]
  10. "Azərbaycanda korrupsiyaya qarşı mübarizə - priotetlərin qurbanı". contact.az. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-8-4.
  11. "СОГЛАШЕНИЕ ОБ УЧРЕЖДЕНИИ МЕЖДУНАРОДНОЙ АНТИКОРРУПЦИОННОЙ АКАДЕМИИ В КАЧЕСТВЕ МЕЖДУНАРОДНОЙ ОРГАНИЗАЦИИ" (PDF). 2019-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-29.
  12. Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının bürosuna üzv olmuşdur Arxivləşdirilib 2018-11-02 at the Wayback Machine/04 Sentyabr 2012
  13. Сеть по борьбе с коррупцией для Восточной Европы и Центральной Азии Arxivləşdirilib 2016-07-30 at the Wayback Machine.
  14. Anti-Corruption Reforms in AZERBAIJAN Arxivləşdirilib 2017-08-13 at the Wayback Machine//ORGANISATION FOR ECONOMIC CO-OPERATION AND DEVELOPMENT ANTI-CORRUPTION NETWORK FOR EASTERN EUROPE AND CENTRAL ASIA