Azərbaycanda zəliçilik — Azərbaycan Respublikası ərazisində zəlilərin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi.
Azərbaycan 1984-cü ildən "Qırmızı kitab"a daxil edilən zəlinin təbii şəraitdə rast gəlinən nadir ölkələrdən biridir[1]. Digər ölkələr Rusiyanın cənubu, Ukrayna, Macarıstan, İsrail və Fransadır[1]. Azərbaycanda zəlinin 17 növü var[1]. Ən çox "Hirudo-orientalis", yəni zəlinin ən yaxşı növü sayılan Şərq zəlisi məhz Azərbaycanda geniş yayılıb[1].
Vaxtilə Azərbaycanda zəlini süni yolla artırmaq üçün biofabrik olub[1]. SSRİ dövründə Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı var idi[1].
Hazırda bu ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, zəlilər təbii surətdə artıb-çoxalır; göllərdən tutulurlar[1].
Azərbaycanda bütün şəcərəsi, hətta ulu babası da bu işlə məşğul olanlar var[1].
AMEA Zoologiya İnstitutunda zəliçilik kursları var.