Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi.[2] Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar.
Zəlilər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Yarımsinif: Hirudinea |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə.
Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat. Acanthobdellida) 30 ədəd, əsl zəlilərdə (lat. Euhirudinea) isə 33 ədəddir. Bədəndə aydın seçilən baş və anal pərləri yoxdur. Bunun əvəzində onların bədəninin ön və arxa nahiyələrində sormac adlanan xüsusi törəmə vardır. Ön sormac qidalanmağa, arxa sormacla birlikdə isə həm də yapışmağa və hərəkətə xidmət edir. Zəlilərin dünya miqyasında 400 növü, Respublikamızın su tutarlarında isə cəmi 15 növü məlumdur. Düzdür Azərbaycanda indiyə qədər zəlilərin növ tərkibinin, onların yayılmasının, miqdarının və s. öyrənilməsi istiqamətində xüsusi tədqiqat işləri aparılmamışdır . Yaşam tərzinə ən uyğun ərazi olan Sabirabad rayonunda yetişdirilib bala alınması həyata keçirilir . Qeydə alınan bu zəli növləri də hidrobioloji tədqiqatlarda qeydə alınan növlərdir. Tədqiqatçılar zəlilər sinfini iki yarımsinfə:
Qədim zəlilərə cəmi 1 dəstə — Qıllı zəlilər (lat. Acanthobdellida) daxildir. Hazırda qıllı zəlilərin cəmi iki növü məlumdur. Onlar da azqıllı qurdlarla əsl zəlilər arasında bir növ körpü – keçid qrupunu təşkil edirlər. Əsl zəlilər yarımsinfinin Xortumlu zəlilər (lat. Rhynchobdellida) və Çənəli zəlilər (lat. Gnathobdellida) kimi iki dəstəsi vardır. Müasir zəlilərin ən çox nümayəndələri də elə bu iki dəstənin payına düşür. Tibb zəlisi Çənəli zəlilər (lat. Gnathobdellida) dəstəsinə daxildir.
Hazırda bu növün 3 forması ayırd edilir: 1. H.medicinalis officinalis (aptek tibb zəlisi), 2. H.m.medicinalis (müalicəvi tibb zəlisi), 3. H.m. orientalis (şərq tibb zəlisi). Qeyd olunan bu formalar Hirudo medicinalis növünün biri- birinə çox yaxın olan 3 forması olub, biri-birilə maneəsiz olaraq uğurla çarpazlaşaraq sağlam və döllü nəsil verirlər. Hər 3 forma tibbdə geniş istifadə olunur. Bu formaların arasında isə özünün aqressivliyi, acgözlüyü və fəallığı ilə H.m.orientalis seçilir. İndiyə qədər ölkəmizin su tutarlarından qeydə alınan tibb zəlilərini Hirudo medicinalis adı altında verirdilər. Tibbi zəli yetişdirilməsi 12 hektarlıq torpaq sahəsində Baxşəliyev Balakişi famil oğlu tərəfindən yetişdirilib bala alınır.
Zəlinin dəri-əzələ kisəsində bütün əzələlər var. Bu əzələlər onun hər tərəfə dönməsinə kömək edir. Zəli onurğasızdır. Onun iki ədəd ''kutikula'' ilə örtülü kəsici dişcikləri var. Zəli parazitlik edərkən, qanı sorarkən onun diçciklərinin yeri üçbucaq formasında olur. Tibb zəlisinin (Hirudo medicinalis orientalis) bədəni qurdvari olub, bel-qarın istiqamətində yastılaşmışdır. Uzunluğu orta hesabla 120 mm (labarotoriya şəraitində yetişdirilən fərdlərdə isə 250–300, hətta 440 mm) eni isə 10–12 mm –dir. Təbiətdə də bu cür iri fərdlərə nadir hallarda olsa da rast gəlinir. Kütləsi 2–5 q. və daha çox olur. Həlqəvi qurdlara xas olan əsas əlamətlər Tibb zəlisində də mövcuddur. Tibb zəlisinin də iki sormacı – ön və arxa sormacları vardır. Ön sormac bədənin ön uc hissəsinin alt tərəfində, arxa sormac isə arxa ucun alt tərəfində yerləşir. Tibb zəlisində arxa sormacı daha güclü inkişaf etmişdir. Onun diametri zəlinin bədəninin ən enli hissəsinin yarısından çoxdur.Tibb zəlisində sormaclardan başqa bədənin üzərində (çoxsaylı kiçik sormacları nəzərə almasaq) heç bir törəməyə və ya çıxıntıya rast gəlinmir. Bununla belə bədənin üzərində sıx seqmentləşmə müşahidə olunur. Bu seqmentləşmələr xarici həlqələrin izləridir. Həlqələr çox ensiz olurlar. Ona görə də tibb zəlisində olan bu xarici həlqələrin sayı onun daxili seqmentlərinin sayından 3 – 5 dəfə çoxdur. Həqiqi seqmentlərin ön uc hissədə yerləşən 4 seqment birləşərək ön sormacı, arxa uc hissədə yerləşən seqmentlərin 7-si birləşərək arxa sormacı əmələ gətirirlər. Bədənin ön ucunun üst tərəfində yarımdairə üzrə düzülən 5 cüt göz yerləşir. Gözlər heyvanın təsnifatında müstəsna əhəmiyyətə malikdir. Bədən xaricdən kifayət qədər möhkəm olan kutikula qatı ilə örtülüdür. Bu qatda da, yuxarıda deyildiyi kimi, çoxsaylı kiçik sormaclar yerləşir.
Ön sormacda ağız dəliyi yerləşir. Ona görə də ön sormac həm qidalanmağa, həm də arxa sormacla birlikdə yapışmağa və hərəkətə xidmət edir. Ağız boşluğunda üç əzələvi yastıq-1 bel və 2 yan yastıqlar vardır. Qida qəbulu zamanı zəlinin çənələri sahibin dərisini kəsir və üçşüalı yara alınır. Sorulan qan şaxələnərək bağırsaqlara daxil olur. Bağırsaq üç hisssədən ibarətdir: ön, orta və arxa bağırsaq
Ağız boşluğu və udlaq ön bağırsağı təşkil edir. Udlağa birhüceyrəli ağız suyu vəzisi açılır. Ön bağırsaqdan sonra orta bağırsaq uzanır. Bağırsağın bu hissəsini mədə və ya çinədan, nazik bağırsaq təşkil edir. Mədədə cibcik adlanan çoxlu yan çıxıntılar (9–11 cüt) vardır. Bu cibciklərin sayı növə görə dəyişir. Məsələn, H. medicinalis 11 cütdür. Arxa bağırsaq qısadır, anus arxa sormacın önündə yerləşir. Selom reduksiya etmişdir və lakunar sistem formalaşmışdır. Zəlinin lakunar sistemində toplanmış qan ilə həmin ərazidə yayılmış heyvanların növünü də təyin etmək olar. Hirudin (C₆₆H₉₃N₁₃O₂₅, kütləsi 1468.52 q.) qanın laxtalanmasının qarşısını alır. Hirudin fermentinin sayəsində qan bir neçə ay zəlinin bağırsağında laxtalanmamış, dəyişilməmiş formada qalır.
Sinir sistemi cüt udlaqüstü və ya beyin düyünü, udlağı əhatə edən iki konnektivin köməyi ilə qarın sinir zəncirinin başlanğıcı hesab olunan udlaqalatı sinir düyünü ilə əlaqələnir. Qarın sinir zənciri hər bir seqmentə uyğun gələn 20 və daha artıq düyünlərdən təşkil olunmuşdur: udlaqaltı düyün 4, arxa düyün isə 7 sadə sinir düyününün qovuşmasından əmələ gəlmişdir ki, bu da bədənin göstərilən sahələrində bir neçə seqmentin qovuşub ön və arxa sormacları əmələ gətirdiyini göstərir.
Tənəffüsü bədən səthilə gedir.
Zəlilər hermafrotiddir. Tibb zəlisində cinsi sistem bədənin orta hissəsində metamer yerləşən 9 cüt dəyirmi toxum kisələrindən ibarətdir. Dişi cinsi sistem isə içərisində yumurtalıq olan cəmi bir cüt yumurta kisələrindən ibarətdir.[3]
Zəli yetişdirmə sabirabad rayonunda həyata keçirilir
Zəlilər sinfi 3 dəstəyə ayrılır:
Hirudoterapiya-qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur.
Zəlinin kompleks müalicə effekti vardır. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür. Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik müalicə üsullarından biri sayılır. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin də (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi "vasitədir". Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.
Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan bədəninin müxtəlif yerlərinə (xəstəlikdən asılıdır) qoyulur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı 1 və ya bir neçə zəli istifadə oluna bilər. Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sovura bilər. Doyunca sovurduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür. Zəli qanı sorarkən öncə bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret (şirə) ifraz edirki, bu sekret insanın qanına düşür və insan orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir və orqanizmdəki iltihab prosesi aradan götürür və yüksək təzyiqi azaldır. Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri isladmaq və qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir. Onkoloji xəstəliyi, anemiya, tuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar hirudoterapiyadan istifadə edə bilməz.
Hirudoterapiya, əsasən, 3 təsir göstərir: mexaniki, bioloji və refleksogen.
Beləliklə, zəli ilə müalicə xroniki iltihab prosesləri ilə yanaşı, ürək qüsurlarında, ürəyim işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, mədə-bağırsaq xəstəliklərində, nevroloji problemlərdə, miqrendə və s. xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir.