Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
"Azərsilah" və ya tam adı ilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəssisə.[1]
Azərsilah | |
---|---|
Növü | açıq səhmdar cəmiyyəti |
Yaranma tarixi | 19 yanvar 2019 |
Ləğvolma tarixi | 20 iyun 2019 |
Mərkəzi |
Azərbaycanın 4-cü prezidenti İlham Əliyev tərəfindən 7 sentyabr 2023-cü ildə Azərbaycan müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordusunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə yaradılıb.
19.01.2019–20.06.2019 tarixlərində tam adı: “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti. "Azərsilah" ASC qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, ölkə daxilində və xaricdə onların satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və müvafiq sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxs idi[2].
"Azərsilah" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında yaradılmışdır[2].
20 iyun 2019-cu ildə "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı ləğv edilmişdir.[3]
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir[2]. Onları Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.