AzMeCo

AzMeCo (rəsmi olaraq Azərbaycan Metanol Şirkəti kimi tanınır[1]) Azərbaycanda yerləşən metanol istehsalı şirkətidir.[2] Şirkət ilk olaraq "neft kimya layihələri"nə[3], xüsusilə qaz və metanol fabriklərinin tikintisi və fəaliyyətinə yönəlmişdir[1] AzMeCo həmçinin Xəzər Dənizində hidrokarbon layihələrində də fəaliyyət göstərir.[4][5]

AzMeCo şirkəti 2007-ci ildə yaradılıb.[4]

2012-ci ilin noyabrında Azərbaycan Beynəlxalq Bankı, Asia House və TheCityUK Xəzər Dəhlizi konfransını təşkil etmişlər. ABB, Asia House və TheCityUK konfrans zamanı biznes əlaqələri yaratmışlar və AzMeCo-nun gələcək satış və marketinq fəaliyyəti bu əlaqələrə söykənmişdir.[6]

Əlavə olaraq 2012-ci ildə BP AzMeCo-dan metanol almağa razılıq vermişdir.[7] Petrochemicals ResearchViews adlı neft kimya sənayesi araşdırması və Today.Az Azərbaycan qəzetinə əsasən AzMeCo tam metanol məhsulunu BP-yə satmağa razılıq vermişdir.[6][8]

AzMeCo Azer News-un verdiyi məlumata əsasən Cənubi Qafqaz regionu və Mərkəzi Asiyada ilk metanol zavodunu tikmişdir.[9] AzMeCo ildə 560 000 ton metanolun istehsal olunacağını qiymətlənirir.[10] Azərbaycan Beynəlxalq Bankı və Avropa Yenidən Qurma və İnkişaf Bankı (EBRD) zavodun tikintisini maliyyələşdirmişlər.[11]

2013-cü ildə AzMeCo-nun sədri jurnalistlərə bildirmişdir ki, şirkət Liviyada neft-kimya və neftemalı zavodlarına investisiya edəcək.[8]

  1. 1 2 “AzMeCo 2012-ci ilin iyun ayında Azərbaycanda metanol istehsalına başlayacaq - şirkət rəhbəri”, Rusiya və MDB-nin Biznes və Maliyyə xəbərləri, 19 Oktyabr, 2011-ci il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  2. “Azərbaycan: AzMeCo Azərbaycandakı metanol zavodu üçün BP ilə razılaşmaya gəlib”, TendersInfo, 29 noyabr, 2012-ci il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  3. “Azovmash 2013-cü ildə Azərbaycanın AzMeCo şirkətinə 252 tanker kimyəvi maddə çatdırmağı nəzərdə tutur”, Ukraine Business Weekly, 23 May, 2013-cü il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  4. 1 2 N. İsmayılova, “AzMeCo böyük metanol istehlakını planlaşdırır”, Trend Gündəlik İqtisadi Xəbərlər, 26 Sentyabr, 2011-ci il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  5. Aynur Cəfərova, “Azərbaycanın birinci metanol zavodu tezliklə işə salınacaq", Azer News, 22 May, 2013-cü il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  6. 1 2 “AzMeCo Azərbaycanda 350 milyon ABŞ dolları həcmində əməliyyatlara başlayır”, Petrochemicals ResearchViews, 8 iyun 2013-cü il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  7. “Azərbaycan: AZMECO Azərbaycandakı metanol zavodu üçün BP ilə razılaşmaya gəlib”, TendersInfo, 29 noyabr, 2012-ci il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir).
  8. 1 2 “AzMeCo artıq bazara daxil olur”, Today.Az, 10 iyun 2013-cüil (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  9. Aynur Cəfərova, “Azərbaycanın birinci metanol zavodu tezliklə işə düşəcək”, Azer News, 22 May, 2013-cü il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  10. “APIC '12: Azərbaycanın metanol zavodu 2013-2014-cü illərdə fəaliyyətini quracaq”, Chemical News & Intelligence, 17 May, 2012-ci il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir)
  11. Sergey Blaqov, “Azerbaijan's AzMeCo to build new methanol plant by end of 2011”, ICIS.com (a “petrochemical market information provider”, according to www.icis.com/about-us/), 3 mart, 2011-ci il (Nexis tərəfindən 30 iyul 2013-cü ildə əldə edilmişdir) Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine