Aza — Azərbaycanda qədim şəhər. Culfa şəhərinin 20 kilometrliyində, Gilançayın sahilində yerləşirdi. İran tarixçisi Həmdullah Qəzvini (1281–1350) və başqaları Aza haqqında məlumat vermişlər. Aza ilə Ordubad rayonunda yerləşən indiki Aza kəndinin adları və coğrafi mövqeləri arasında əlaqə var. Azanın şimal-şərqindəki qədim qəbiristanlıqda pir, qoyun formalı qəbirüstü daş, minarə mövcuddur. Orta əsrlərdə Azada sənəkarlıq, ticarət, üzümçülük, şərabçılıq inkişaf etmişdi. Azanın monqol hücumları zamanı tənəzzül etdiyi ehtimal olunur.[1]
Qədim şəhər | |
Aza | |
---|---|
Ölkə | Azərbaycan |
Vilayət | Ordubad rayonu |
Dağılma tarixi | XIII əsr |
Müasir yeri | Aza |