Gilançay

GilançayAraz çayının sol qolu. Ordubad rayonundan axır.

Gilançay
azərb. Gilançay
Ölkə  Azərbaycan
Rayon
Mənbəyi Zəngəzur silsiləsi
 • Yüksəkliyi 2700 m
Mənsəbi Araz
Uzunluğu 53 km
Hövzəsinin sahəsi 426 km²

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 53 km, hövzəsinin sahəsi 426 km²-dir. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (2700 m) başlayır. Boğazyurd və Qaranlıqdərə çaylarının birləşməsindən əmələ gəlir. Yerli əhali çayı (Sağarsu qolu qovuşana qədər) Əyriçay adlandırır. Sululuğuna görə Naxçıvan Muxtar Respublikasının üçüncü çayı hesab edilir. Başlıca qolları, soldan Sağarsu, Naservançay, Para-ğaçay (hövzəsində dəmir filizi çıxarılır), sağdan Arxadərə çaylarıdır.

Çayın illik axımının 48%-i qar, 12%-i yağış, 40%-i isə yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qar suları hesabına daşqınlar olur. Daşqın zamanı illik axımının 60-70%-ə qədəri axır. Orta illik su sərfi 3,10 kub m/san-dir. Bunun 60-70%-i yaz-yay, 15-20 %-i isə payız-qış fəsillərində axır. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 10-15%-i keçir. Orta illik asılı gətirmələr sərfi 0,44 kq/san, orta lillənməsi isə 141 q/kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumlu, orta minerallaşması 300-500 mq/l-dir. Çayda tez-tez dəhşətli sel hadisələri müşahidə olunur.

Gilançaydan suvarma işlərində geniş istifadə edilir.