Azad Şabanov

Azad Şabanov (d. 3 yanvar 1991, Bakı, Azərbaycan) — azərbaycanlı müğənni, aparıcı, model. "Yeni Ulduz — 07" yarışmasının ikinci yer sahibi, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin yarımfinalçısı, ATV CLUB verilişinin aparıcısı.

Azad Şabanov
Azad Faiq oğlu Şabanov
Ümumi məlumatlar
Ləqəbi Azik
Doğum tarixi (32 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aparıcı, model
Fəaliyyət illəri 2007 - günümüz
Janr pop
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

İlk illəri[redaktə | mənbəni redaktə et]

Azad Şabanov 1991-ci ildə Bakı şəhərində anadan olmuşdu. 2001-ci ildən musiqi ilə məşğul olmağa başlamışdı. 2003-cü ildə "Pöhrə- 2003", sehrli Aləm cəmiyyəti tərəfindən keçirilən respublika ümümtəhsil məktəblərin bədii özfəaliyyət kollektivlərin iştrakı ilə keçirilən müsabiqədə qalib adını qazanıb.

2003–2006 illərdə H.Əliyev adına sarayın "Qaranquş" uşaq-vokal qrupunun solisti olub.

2003-cü ildə "Qızıl açar-2003" mahnı festivalının, 2006-cı ildə Moskva şəhərində keçirilən "C любовью к России", 2007-ci ildə "Artıran söz qədrini, sidq ilə qədrin artırar" festivalının qalibi.

2008-ci ildə Moldovanın Kişinyov şəhərində keçirilən "Song of the World" festivalında laureat adına və FİDOF-un xusüsi diplomuna layiq görülüb.

2008-ci ildə V. Mustafazadə adına 2 saylı İncəsənət və musiqi məktəbinin vokal sinfini və milli qəhrəman Tofiq Həsənov adına 23 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "Estrada müğənnisi" fakültəsinə Vaqif Gərayzadənin sinfinə qəbul olunub.

2008 və 2009 illər ərzində Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən "Gənclər siyasətində və Gənclərə dəstək etdiyinə görə" diplomla təltif olunmuşdur.

Yeni Ulduz[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Azad Şabanov Yeni Ulduz-7 televiziya müsabiqəsində iştirak edir. 2008-ci ilin fevral ayında Azad bu müsabiqənin finalına qalır və sms səsverməsində Çingiz Mustafayevə məğlub olaraq yarışmanı ikinci yerdə başa vurur. Bu uğurdan sonra Azad tanınmağa başlayır.

Avroviziya[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Azad Şabanov 2010 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün milli seçimə qoşulur. 20-yə yaxın iştirakçı arasında Azad yarımfinala seçilir və 2 fevral 2010 tarixində "Buta Palace" – da keçirilən milli yarımfinalda iştirak edir. "Smile" mahnısını ifa edən Azad münsiflər heyətinin səsverməsindən keçə bilmir. Onun əvəzinə final mərhələsinə 3 iştirakçı: Safura Əlizadə, Milk & KissesMəryəm Şabanova keçir.

Aparıcılıq və model karyerası[redaktə | mənbəni redaktə et]

2009-cu ildən etibarən Azad Lider TV-da yayımlanan "Music L" veilişinin ikinci aparıcısı idi. O bu verilişdə qısa olaraq son şou biznes xəbərlərini çatdırırdı. 2010-cu verilişin yayımı dayanır. 2010-cu ilin may ayından etibarən Azad Şabanov ATV CLUB verilişini Nurlana ilə birlikdə aparmağa başlayır. Qısa zaman ərzində bu veriliş Azərbaycanın ən reytinqli musiqi verilişlərindən birinə çevrilir. 2011-ci ilin 3 iyun tarixində verilişin yayımı birdəfəlik başa çatır.

Bundan başqa 2010-cu ildən etibarən Azad Şabanov Azərbaycanda tanınmış "Romantic" mağazalar şəbəkəsinin reklam üzüdür. Onun şəkilləri şəhərin bir çox bilbordlarında asılıb.

Mənbə[redaktə | mənbəni redaktə et]