Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azad Sabir oğlu Əliyev (29 mart 1951-ci il, Bakı, Azərbaycan - 30 mart 2014-cü il, Bakı, Azərbaycan) — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2006-2014).
Azad Əliyev | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Dirijor |
Mükafatları |
Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir.
Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1972-1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olmuşdur. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışmışdır. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaratmış və bu orketstrlə müxtəlif konsertlərdə çıxış etmişdir.
1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışırdı. Pedaqoji fəaliyyətilə yanaşı ifaçı kimi də fəaliyyət gəstərir. Eyni zamanda BMA-nin Solo oxuma və opera hazırlığı kafedrasının dosenti idi.
1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlamışdır.
2002-ci ildən Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış etmişdir. 1994-cü ildən həyatının sonuna qədər Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri idi. 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi idi.
2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik orkestrinin və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ikinci dirijoru vəzifəsində çalışırdı. "Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirmişdir. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir.
2006-cı ildən həyatının sonuna qədər Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.
2012-ci ildə professor və əməkdar incəsənət xadimi adına layiq görülmüşdü.
30 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir[1].