Xəlil (Fuad Poladov) və Bəhmən (Rasim Balayev) əmioğludurlar. Tale elə gətirib ki, Xəlil heç bir günahı olmadan Bəhmənin yerinə uzun illər həbsxanada yatmışdır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vurmuş, həkim kimi professor mərtəbəsinə yüksəlmişdir. Xəlil isə həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar nəinki dərs olmamış, hətta vicdan, şərəf və s. xüsusiyyətlərini də artıq çoxdan itirmişdir.
Küçələrə su səpmişəm |
---|
Fayl:Küçələrə Su Səpmişəm (2004).JPG |
Janr |
dram |
Rejissor |
Nicat Feyzullayev |
Ssenari müəllifləri |
İsi Məlikzadə, Nicat Feyzullayev |
Baş rollarda |
Fuad Poladov-Xəlil Rasim Balayev-Bəhmən Mehriban Zəki-Teybə Əlabbas Qədirov-Çərkəz Amid Qasımov-Gənc Xəlil Elnur Kərimov-Gənc Bəhmən Vüqar Hacıyev-Tağı |
Operator |
Kənan Məmmədov |
Bəstəkar |
Rauf Əliyev |
Rəssamlar |
Rafiz İsmayılov, Rafiq Nəsirov |
İstehsalçı |
"Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi |
2 avqust 2004, Bakı |
Filmin növü |
tammetrajlı bədii film |
Müddət |
80 dəq. |
Ölkə |
Azərbaycan |
Dil |
Azərbaycan dili |
Texniki məlumatlar |
8 hissə 35 mm |
Rəng |
rəngli |
Çəkiliş yeri |
Abşeron, Xırdalan qəsəbəsi Qəbələ, Savalan kəndi Qəbələ, Türyançay qoruğu Quba Bakı Bakı, Sulutəpə kəndi Abşeron, Masazır kəndi Bakı, Umbakı qəsəbəsi, qəbiristanlıqdakı Sofi Həmid piri Bakı, kinostudiyanın pavilyonu |
IMDb |
ID1051834 |
Həyat mübarizədir. İnsan etdiyi bütün günahlara görə cəzasını özü çəkməlidir ki, bir daha bu səhvə yol verməsin. Filmin müəllifləri tamaşaçılara bunları çatdırmağa çalışmışlar.
Film 2005-ci ildə Bakıda "Humay" mükafatı almışdır.
- Film 200 min dollara başa gəlib.
- Film İsi Məlikzadənin "Küçələrə su səpmişəm" əsəri əsasında çəkilib.
- Quruluşçu rejissor: Nicat Feyzullayev
- Ssenari müəllifləri: İsi Məlikzadə, Nicat Feyzullayev
- Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi)
- Quruluşçu rəssamlar: Rafiz İsmayılov, Rafiq Nəsirov
- Bəstəkar: Rauf Əliyev
- Səs operatoru: Əsəd Əsədov
- Rejissor: Akif Rüstəmov
- Operator: Tərlan Qurbanoğlu
- Montaj edən: Nisə Hacıyeva
- Qrim üzrə rəssam : Elbrus Vahidov
- İcraçı prodüser: Sahib Quluzadə
- Çalır: Kamera Orkestri və Səyavuş Kəriminin İdarəsilə İnstrumental Ansambl
- Dirijor: Azad Əliyev
- Musiqi tərtibatçısı: İsmayıl Dadaşov
- Şerlərin müəllifləri: Məmməd Araz, Ramiz Rövşən
- Redaktorlar: Ramiz Rövşən, Vaqif Məmmədov (IV)
- Geyim üzrə rəssamlar : Tatyana Əmirova, Məlahət Hümbətova
- Rejissor qrupu: Elman Qasımov, Çingiz Həsənov, Rövşən Ağayev, Elfira Hüseynova, İsmayıl Qasımov
- Operator assistenti: Fərhad Rzayev
- Montaj üzrə assistent: Rahidə Quliyeva (Raidə Quliyeva kimi)
- Səsyazma texniki: Elmira Səmədova
- İnzibatçı qrup: Arif Kərimov, Vladimir Dudniçenko, Elvin Quliyev
- İşıqçı qrup: Niyazi Zeynalov, Rüstəm Rüstəmov, Akif Qurbanov
- Fuad Poladov — Xəlil
- Rasim Balayev — Bəhmən
- Mehriban Zəki — Teybə
- Əliabbas Qədirov (Əlabbas Qədirov kimi) — Çərkəz
- Amid Qasımov — gənc Xəlil
- Elnur Kərimov — gənc Bəhmən
- Vüqar Hacıyev — Tağı
- Vidadi Əliyev — Əziz kişi
- Elxan Qurbanov — Qədimov
- Ağaxan Abdullayev — xanəndə
- Çinarə Ələkbərova — Səidə
- Müşfiq Hətəmov — kuryer
- Fəxrəddin Qafarzadə — Xəlilin oğlu
- Ramil Quliyev — Xəlilin oğlu
- Yuri Baliyev — rus dustaq
- Aleksey Saprıkin (Aleksey Şaprıkin kimi)
- V. Kondraşov
- Mirzə Ağabəyov — tamada
- Elman Qasımov
- Sahib Quluzadə — toyda pulyazan
- A. Mirfeyzullazadə
- M. Topçubaşov
- H. Miriyev
- M. Quliyev
- Mehman Cəfərov — toydakı qonaq
- X. Səttarov
- O. Hacıyeva
- Nəmxuda Usubəliyev
- S. Vəliyev
- N. Əliyev
- Eldəniz Rəsulov — Qədimov (Elxan Qurbanov) (titrlərdə yoxdur)
- Şövqi Hüseynov — gənc Xəlil (Amid Qasımov) (titrlərdə yoxdur)
- Sabir Məmmədov — Əziz kişi (Vidadi Əliyev ) (titrlərdə yoxdur)
- Rəşid Behbudov (səs — "Küçələrə su səpmişəm" xalq mahnısı)
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
- Azərbaycan Müdafiə Nazirliyi
- "AZAL Helikopter" Şirkəti
- Xırdalan Dəmiryol Vağzalı
- Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
- Aslanlı, A. “Küçələrə su səpmişəm” filminin premyerası keçirildi [Nicat Feyzullayevin eyniadlı filminin təqdimatı haqqında] //Kino.- 2004.- 4-10 avqust.- səh. 7.
Filmi izlə