Azad Proletar Ədəbiyyatı Akademiyası (ukr. Вільна Академія Пролетарської Літератури) və ya qısaca VAPLİTE (ВАПЛІТЕ) — Ukrayna SSR-də ədəbi ittifaq.
Azad Proletar Ədəbiyyatı Akademiyası | |
---|---|
Yaranma tarixi | 1925[1] |
Ləğvolma tarixi | 28 fevral 1928 |
Mərkəzi |
İttifaq 1926-cı ilin fevralında Xarkovda təsis edilmişdir. Faktiki lideri Mikola Xvılevoy, prezidenti Mixail Yalovoy və sonradan Nikolay Kuliş, katibi isə Arkadi Lyubçenko olmuşdur. Təşkilat Qərbi Avropa mədəniyyətinin ən yaxşı nailiyyətlərini mənimsəməklə yeni Ukrayna ədəbiyyatının yaradılmasının təməlində dayanmışdı. Kommunist Partiyasının rəsmi tələblərini qəbul edərək, ədəbi siyasət məsələlərində VAPLİTE müstəqil mövqe tutmuş və yeni Ukrayna ədəbiyyatının ixtisaslı müəlliflər tərəfindən yaradılması ideologiyası üzərində dayanmışdır.[2][3][4]
Xvılovinin fikirləri Ukrayna SSR-in partiya və hökumət nümayəndələri tərəfindən VAPLİTE-nin tənqidinə səbəb olmuşdur. Xvılovinin "Odunçular" əsəri xüsusilə kəskin hücuma məruz qalmışdı. 28 fevral 1928-ci il tarixində davamlı təqiblərə görə VAPLİTE öz-özünü ləğv etmək məcburiyyətində qalmışdır. Təşkilatın üzvləri fəaliyyətlərini "Literaturniy yarmarok" antologiyasında (1928–1929) və "Prolitfront" təşkilatında davam etdirmişlər. VAPLİTE üzvləri Stalin repressiyalarının ilk qurbanları arasında idilər.[2][3][4]