Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.[1]
İqtisadiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |