Azadlıq ağacı (ing. Liberty Tree) — Amerika inqilabından əvvəlki illərdə Massaçusetsin Boston şəhərində, Boston-Kommon yaxınlığındakı məşhur qarağac ağacı. 1765-ci ildə Bostonda patriotlar ağacın başında Britaniya hökumətinə qarşı ilk etiraz aksiyası keçirmişdilər. Ağac Britaniyanın Amerika koloniyaları üzərində hökmranlığına qarşı artan müqavimət üçün toplanma nöqtəsinə çevrilmişdir. Sonradan onu əhatə edən ərazi Azadlıq salonu kimi tanınmışdır. Azadlıq ağacı 1775-ci ilin avqustunda Nataniel Koffin[1] və ya Cob Vilyamsın[2] başçılıq etdiyi loyalistlər tərəfindən kəsilmişdir.