Azay Kazımov

Azay Sada oğlu Kazımov (1 yanvar 1973, Zod, Vardenis rayonu15 yanvar 1994, Qaraxanbəyli, Füzuli rayonu) — "Azərbaycan bayrağı" ordenli şəhid.[1]

Azay Kazımov
Azay Sada oğlu Kazımov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1973(1973-01-01)
Doğum yeri
Vəfat tarixi 15 yanvar 1994(1994-01-15) (21 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1993-1994
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Azay Kazımov 1973-cü ildə Göyçə mahalının Zod kəndində "Zərgərlilər" tayfasında anadan olmuşdur.

1988-ci ildə Göyçədən deporyasiya olunduqdan sonra Xanlar rayonunda məskunlaşmışdır.

Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilmişdir.

1993-cü ilin ortalarında erməni daşnaklarından Sədərəyin qorunmasında xüsusi fəallıq göstərmiş və taqım komandiri təyin edilmişdir.

Bir müddətdən sonra Azay Kazımov Bakı şəhərinə oradan isə Goranboy cəbhəsinə göndərilmişdir.

Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə getmiş və bir neçə qanlı döyüşlərin iştirakçısı olmuşdur.

Düşmənin tankını heyıti ilə birlikdə məhv etdiyinə görə pul mükafatına layiq görülmüşdür.

Igid döyüşçü Azay Ağdamdan Füzuli cəbhəsinə göndərilir. Bir gün Füzulidə 28 erməni hərbiçisi olan avtobusu atəşə tutmuş və maşında olan hərbi sursatı komandanlığa təhvil vermişdir.

15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində 21 yaşlı döyüşçü Azay şəhid oldu.

Ölümündən sonra gizir Azay Sada oğlu Kazımov Azərbaycan Respublikasının prezidentinin 9 оktyabr 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.

Göygöl rayonunda Hacıkəndə gedən mərkəzi küçə Azay Kazımovun adını daşıyır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]