Azerbaijan Woman Awards

Azərbaycan Qadın Mükafatı - Cəmiyyətin uğurlu və işgüzar qadınlarını birləşdirən layihədə ölkənin ictimai-siyasi, mədəni və iş həyatında böyük nüfuza malik olan xanımlar iştirak edir. Mükafat mədəniyyət, incəsənət, media, biznes, tibb, idman, dəb, memarlıq, elm və digər sahələrdə uğur qazanmış xanımlara təqdim olunur. [1] [2][3]

Azərbaycan Qadın Mükafatı
azərb. (Azərbaycan Qadını Mükafatı)
Ümumi məlumatlar
Verilmə səbəbi Müxtəlif sahələrdə qazanılan uğur və yüksək nəticələr
Təqdim edir Reputation Azerbaijan
Təsis olunub 1 yanvar 2021
Təsisçi Günel Məmiyeva
Aqil Məmiyev

Mükafatlandırma mərasimi Reputation Business platforması tərəfindən, beynəlxalq Business Woman jurnalının rəsmi tərəfdaşlığı ilə təqdim olunur.

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

Azerbaijan Woman Awards mükafatlandırma mərasimi 1 Yanvar 2020-ci ildə təsis edilib və mərasimin keçirilməsinin əsas məqsədi cəmiyyətin uğurlu xanımlarını fərqləndirmək, motivasiya vermək və onları daha geniş auditoriyaya təqdim etməkdir.

Azerbaijan Woman Awards layihəsində namizədlərin seçimi təşkilatı komitə tərəfindən aparılır. Burada əsasən son illər ərzində əldə olunan uğurlar və nəaliyyətlər nəzərdə tutulur. [4][5][6][7]

Nominantlar (2020)[redaktə | mənbəni redaktə et]

  • Təranə Muradova - Azərbaycan Respublikasının xalq artisti
  • Fəxriyyə Xələfova - Rəssam-modelyer, Əməkdar İncəsənət Xadimi
  • Zəhra Bədəlbəyli - Şairə, prodüser, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Gülnarə Xəlilova - Modelyer-dizayner, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri
  • Aytən Mirzoyeva – Memar, Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidenti
  • Sona Əliyeva - İctimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı
  • Günay Zebic - Rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü
  • Şirin Məlikova - Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi.
  • Esli Dilbazi - Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Klirinq şöbəsinin müdiri.
  • Hökümə Kərimova - YARAT Müasir İncəsənət Məkanı İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, YARAT Friends Müasir İncəsənət icmasının rəhbəri
  • Sevinc Nəsirova - "Dostluq və Sevinc Körpüsü" fondunun prezidenti, beynəlxalq maliyyə məsləhətçisi
  • Oksana Rəsulova – Aktrisa, ”OksiMedia” rəhbəri
  • Könül Ağamirova - Plastik Cərrah, Onkoloq
  • Günel Fərzeliyeva - “Kapital Bank”ın Marketinq departamentinin direktoru

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "В Баку будут названы самые успешные азербайджанки в разных областях". 2021-01-23. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  2. "Cəmiyyətin uğurlu xanımları » Azərbaycanın xəbər portalı - NEWS24.AZ". 2021-01-24. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  3. "История о 17 мехелле города Шуша, где были свои мечети, учебные завед…". 2021-01-24. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  4. "Bakıda ilk dəfə. Cəmiyyətin uğurlu xanımları "Azerbaijan Woman Awards…". 2021-01-24. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  5. "Azerbaijan Woman Awards to be held in Baku". 2021-01-24. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  6. "В Азербайджане выбирают самых успешных и талантливых женщин". 2021-01-24. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  7. "Баку примет Azerbaijan Woman Awards: Яндекс.Новости". 2021-01-24. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.