Günay Zebic (Mehdizadə) (tam adı: Gunay İsrail qızı Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan "Atatürk Portreti" əsərinin müəllifi.
Günay Zebic (Mehdizadə) | |
---|---|
Gunay İsrail qızı Mehdizadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır.
Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir.[1] Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır. 2011-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə Günay Mehdizadənin "Milli Qablar" əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alındı. Rəssamın 2012-ci ildə qələmə aldığı "Novruz" əsəri "Azərbaycan Təsviri Sənətində Tarix və Şəxsiyyət" kitabına salınmışdır.
2013-cü ildə Beynəlxalq yarışmanın qalibi olan Günay Mehdizadə 2014-cü ildə Türkiyədə dördüncü Beynəlxalq Canlı Rəsm Simpoziumunda Azərbaycanı təmsil etdi.
Əsərləri 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində böyük tamaşaçı rəğbəti qazanmışdır.[2]
2014-cü ildə simpoziumda yaratdığı "Nar" əsəri Konyanın Modern Muzeyində sərgilənməkdədir.[3]
2015-ci ildən isə "Atatürk Portreti" əsəri Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdədir.[4][5]
2017-ci ilin May ayında Bakı Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə İzmir Balçova Bələdiyyəsi və Kardeşlik İşbirliyi Dərnəyinin birgə əməkdaşlığı ilə "Rənglərin Qardaşlığı" layihəsinə rəssam-kurator kimi qatılaraq, iki ölkənin mədəniyyətini, sənətini və qardaşlığını təmsil etmişdir.[6]
2016–2017-ci illərdə Günay Mehdizadə xüsusilə tarixi əsərlər üzərində çalışmışdır. Müstəqilliyimizin 25-ci ildönümü zamanı Ulu Öndər Heydər Əliyevin portretini yaratmağa müvəffəq olur. Daha sonar "Atatürk Dönəmi", "Modern Türkiyə", "Xocalı Soyqrımı" əsərlərini yaratmışdır.
2018-ci il iyul ayında Moskvada Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının üç günlük konfransı keçirilmiş və Günay Mehdizadə Azərbaycanı təmsil etmişdir.[7]
2019-cu il 6 mart tarixində "Fairmont Hotel"in təşəbbüsü ilə, Günay Mehdizadənin ikinci tərz sərgisi olmuşdur.[8]
2019-cu il 23 aprel XIV dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalında layihənin Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru Günay Mehdizadənin təşkilatçılığı ilə festival baş tutmuşdur.[9]
2020-ci il 11 iyunda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı "Qobu Park-3" yaşayış kompleksində, "Xarı bülbül" Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş "Biz birlikdə güclüyük! / We Are Stronger Together!" adlı tədbir keçirilib.[10]
2021-ci ildə Bakıda Günay Zebiçin (Mehdizadə) layihə rəhbəri, ssenari müəllifi, dekaratoru, personaj kostyumlarının ideya müəllifi olduğu, Türkiyə və Azərbaycanın iki böyük şairini ictimaiyyətə tanıdan "Nizamidən Yunusa: Birlik ilə Baxmaq" adlı teatr tamaşası səhnələşdirib və 7 may tarixində Beynəlxalq Muğam Mərkəzində tamaşaçısız səhnəyə qoyulub.[11][12]
2022-ci ildə Draqo Ştambukun müəllifi olduğu "Zefir" əsərində G. Mehdizadəyə ithaf edilən "Qədim bədii ənənəyə yeni münasibət" adlı bölmə yer almışdır. Həmin bölmədə Drago Ştambuk Günay Mehdizadənin yaradıcılığını belə qiymətləndirir:
Çağdaş bədii proseslərin çox təzadlı bir axara kökləndiyi, yaradıcıların "müasir" görünmək yarışının milli bədii dəyərlərimizə ziyan gətirdiyinin qabarıq göründüyü indiki şəraitdə bəzən bütün bunların əksini özündə yaşadan sənət nümunələrinə də rast gəlmək olur. Vurğuladığımız bu yeni və özünəməxsus bədii tutumu gənc rəssam Günay Mehdizadənin müxtəlif mövzulu və janrlı əsərlərində görmək mümkündür. Əvvəlcə onun müxtəlif sərgilərdə nümayiş olunan rəngkarlıq lövhələri, sonra isə özü ilə şəxsi tanışlığımdan sonra əmin oldum ki, rəssamlıq məkanımıza əski milli dəyərlərimizə özünəməxsus bədii münasibət göstərmək istəyində olan bir gənc yaradıcı gəlib. [13] |
2023-cü ilin dekabrın ilk həftəsində Əskişəhər Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə "Kent Müzeleri Kompleksi" sərgi salonunda "İstiqlal" adlı solo sərgisi baş tutmuşdur. Sərgi Türkiyə Cümhuriyyətinin yaranışının 100-cü ildönümünə həsr edilmişdir. Sərgidə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk rəhbəri Mustafa Kamal Atatürkün gənclik illəri, əsgərlik həyatı və Cümhuriyyətə rəhbərlik etdiyi dövrü təsvir edən əsərlərlə yanaşı 1993–2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ithaf edilən əsərlər də təqdim olunmuşdur.[14]
Hal-hazırda Günay Mehdizadə Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və AMK tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı və iki dövlətin mədəni əlaqələrinin inkişafı üçün önəmli hesab edilən layihənin baş kuratoru kimi çıxış etməkdədir.[3]
Evlidir.[15]