Azersky-2

Azersky-2Azərbaycanın Azerskydan sonra ikinci yüksək ayırdetməli (50 sm ayırdetmə) Yer səthinin məsafədən müşahidə peykidir.

Azersky-2
İstehsalçı Azərkosmos/Israel Aerospace Industries
Operator Azərkosmos
Fəaliyyəti Yüksək görüntü imkanına sahib yer müşahidə peykləri
Çıxarıldığı tarix 2026/2028 (planlaşdırılıb)

2023-cü ildə Azərkosmos və "Israel Aerospace Industries" (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Azersky-2" proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunların hər ikisi yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləridir. İlk peykin İsraildə, ikinci peykin isə Azərbaycanda istehsalı nəzərdə tutulub. Bu, Azərbaycan tarixində ölkədə ilk peykin istehsalı olacaq. Azərbaycanda "Azersky-2" sisteminin idarə edilməsi və istismarı üzrə yerüstü sistemləri "IAI" şirkəti təmin edəcək. Bu proqram çərçivəsində peyklərə nəzarət və peyk təsvirlərinin emal olunmasına üçün azərbaycanlı mütəxəssislərə təlim keçiriləcək. Peyklərin 2026 və 2028-ci illərdə orbitə buraxılması nəzərdə tutulub.[1]

Texniki detallar

[redaktə | mənbəni redaktə et]

Fəzaya buraxılacaq ilk peykin çəkisi 300 kiloqramın altındadır, 5 il fəaliyyətdə olacaq. Bu peyk ilə 500 km hündürlükdən uzunluğu 400 km-ə, eni isə 5 km-ə qədər fotolar çəkmək mümkündür.

Peyk, ayırdetməsi 50sm-dən daha yaxşı təsvirlər əldə etmək üçün elektro-optikal kamera ilə təchiz ediləcək . Peykin məlumat yaddaşı 1 TB müəyyən edilib.

Qurğu saniyədə 0.5 GB ölçüdə material ötürə biləcək. Peyk  "OPTSAT 500" platforması üzərində istehsal ediləcək..

Müqavilənin dəyəri rəsmi olaraq açıqlanmayıb.

  1. Bayramova, Aynur. ""Azersky-2" peyki Azərbaycanda istehsal olunacaq". Report İnformasiya Agentliyi (az.). 3 oktyabr 2023. 2023-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.