Azor adaları zəlzələsi (1980)

Azor adaları zəlzələsi (1980)Portuqaliyanın Azor adalarında 1 yanvar 1980-ci ildə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində 41 nəfər ölmüş, 600 nəfər yaralanmış, Terseyra və San Corci adalarında böyük dağıntılar baş vermişdir. Rixter şkalasına görə 7.2 bal gücündə olan zəlzələ Piko və Fayal adalarına da zərər vermişdir. Bu zəlzələ tektonik zonada yaranmışdır.

Azor adaları zəlzələsi (1980)
Tarix
Hiposentrin dərinliyi 10 km
Episentrin yeri Azor adaları
Sunami Angra do Heroismoda sunami
Xəsarət alanlar 61 ölü, 400 yaralı
Xəritədə yeri
Azor adaları zəlzələsi xəritədə

Zəlzələ səbəbi ilə dövrün Portuqaliya prezidenti Ramalyu Eaniş ölkədə 3 günlük matəm elan etmişdir. Portuqaliya Hava Qüvvələri tərəfindən başladılan xilas işlərinə daha sonra başqa qurumlar qatıldı.

Geologiya[redaktə | mənbəni redaktə et]

Zəlzələ 1950-ci ildən sonra Azor adalarında baş vermiş ən güclü zəlzələdir.

Vulkanik mənşəli olan Azor adaları tektonik bir zonada yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]