Hiposentr — Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yer. Hiposentr, adətən, bir nöqtədən ibarət olmayıb, bir xətt və ya bütöv bir sahə təşkil edir. Zəlzələnin dərinliyi müxtəlif ola bilər. Bunların divarlarında əmələ gəlmiş çatları ölçməklə bu dərinliyi qaba üsul ilə təyin etmək olur. Burada çatların Yer səthinə olan meylini təyin edir və çat müstəvilərindən perpendi kulyar qaldırırlar. Həmin perpendikulyarın bir-biri ilə kəsişdiyi nöqtə hiposentrin yerini müəyyən edir. Hiposentrin dərinliyini isə şaqul üzrə ölçməklə təyin edirlər. Zəlzələnin başlandığı yerin dərinliyini seysmoqrafların yazıları əsasında daha dəqiq hesablayırlar.
Müşahidələrin göstərdiyi kimi, zəlzələ hiposentri adətən nisbətən az dərinlikdə, 50–100 km-dən artıq olmayan dərinlikdə yerləşir. Lakin son zamanlar bu dərinliyin 300–700 km-ə bərabər olduğu müəyyən edilmişdir.
Beləliklə, böyük dərinlikdə baş verən zəlzələlərin başqa bir qrupu–dərin fokuslu zəlzələlər qrupu meydana çıxır. Bunların dərinliyi, adətən, 50–800 km olur.
Dərin fokuslu zəlzələlərin özlərini bir neçə hissəyə ayırırlar. Məsələn, dərin olmayan (normal) zəlzələlər; bunların dərinliyi 60 km-dən az olur. Dərinlikləri 60 km-dən 300 km-ə qədər olan aralıq zəlzələlər və nəhayət, 300 km-dən artıq olan dərin zəlzələlər.
Dərin fokuslu zəlzələlərin mərkəzləri Sakit okean rayonunda Yer səthinə uyğun gələn və ya onları birləşdirən zonalar şəklində yerləşir. Yava adasından başlayaraq qövs şəklində Yava, Flores, Banda dənizlərindən, Moluk adalarından, Selebes dənizindən qövs şəklində keçib Mindanao adasına qədər uzanan zəlzələ mərkəzləri ən böyük dərinliyə malikdir. 1934-cü ildə baş vermiş zəlzələ mərkəzinin dərinliyi 710 km-ə çatırdı. Bu zolağı qərbdən, cənubdan və şərqdən əhatə edən və çox dərin olmayan ikinci bir zolaq uzanır.
Marian adalarından başlayaraq, dərin mərkəzlər zolağı şimal-qərbə gedir və Cənubi Yaponiyanı kəsərək, qitəyə çıxır, Sixote-Alin dağlarından Kamçatkaya uzanır. Oxot dənizində mərkəzlərin dərinliyi 610 km-ə çatır.
Aralıq dənizi, Romaniya və Hindoğuş zəlzələləri aralıq vəziyyət tutur. Hindoğuşda baş vermiş zəlzələlər üçün 200–240 km-lik dərinlik xarakterikdir.
Hiposentrin yer səthinə olan şaquli proyeksiyası episentr adlanır. Episentrdə zəlzələ yer üzərində maksimal qüvvəyə çatır.
Zəlzələnin proqnozu üç əsas problemin həllinə imkan verməlidir:
Zəlzələni proqnozu probleminin həllinənə onun nə zaman baş verəcəyini hesablamaqla başlamaq lazımdır.Bu an yer qabığında deformasiya yaradan yekun qabarma və çəkilmə qüvvələrinin zamana görə dəyişmə qrafikinə əsasən astronomik dəqiqliklə müəyyənləşdirilə bilər.Bu an yaxınlaşanda zəlzələ ocaqlarının əvvəlcədən tərtib edilmiş pasportuna əsasən hansi ocağın rezonansa gələcəyini və maksimal amplitudun nə qədər olacağını müəyyənləşdirməklə problemin həlli başa çatdırılmalıdır.Mənbə;1.QURANI-KƏRİM ZİLZAL surəsi.2.Elm və həyat jurnalı-1993-cü il N3-4 Bir daha zəlzələnin proqnazlaşdırılması haqqında. Birinci iki sualın cavabını seysmik rayonlaşdırma verə bilər. Seysmik rayonlaşdırma keçmiş zəlzələlərin episentrlərinin, onların qüvvəsinin, tezliyinin, fokus dərinliklərinin və sahənin geoloji xüsusiyyətlərinin təhlilinə əsaslanır. Tikintilərin və s. xalq təsərrüfatı işlərinin layihələşdirilməsində alınmış nəticələrə görə əsaslandırılır.[1]
Ən çətin məsələ üçüncüsüdür. Bu məsələ indiyədək həll edilməmişdir. Eyni zamanda bu sahədə bir neçə istiqamətdə tədqiqat aparılmaqdadır: