Azor antisiklonu- subtropik antisiklonların biri, atmosferin daimi (dəyişməyən) hərəkət mərkəzidir. A.a. Atlantik okeanının şimal subtropik və tropik enliklərində yerləşir, mərkəzi isə Azor adaları yaxınlığındadır. Mərkəzində təzyiq yanvarda 766 mm, iyulda isə 768mm-dir, A.a. qışda Şim. Afrikaya, yayda isə Orta və Cən. Avropaya çıxıntı verir. Sinonimləri: Axor yüksək təzyiq sahəsi, Azor maksimumu, Şimali Atlantik antisiklonu. [1]