Azorian layihəsi

Azorian layihəsi (ing. Project Azorian) - Sakit okeanı sularında batmış Qızıl orduya məxsus K-129 sualtı qayığının bir hissəsinin Mərkəzi Kəşfiyyat İdarəsiABŞ Hərbi Donanmasının birgə əməkdaşlığı nəticəsində su səthinə çıxarılması əməliyyatı. Sualtı qayığın suyun səthinə çıxarıması üçün ABŞ Hərbi Donanması xüsusi hazırlanmış Hughes Glomar Explorer adlı gəmidən istifadə etmişdir.[1][2]

Azorian layihəsi
Hughes Glomar Explorer gəmisi
Hughes Glomar Explorer gəmisi
Tarix 1974
Yeri Sakit okeanın təxminən 5.000 metr dərinliyi
İştirakçılar Mərkəzi Kəşfiyyat İdarəsiABŞ Hərbi Donanması
Nəticəsi Sovet sualtı qayığı K-129-un bir hissəsinin uğurlu şəkildə su səthinə çıxarılması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1968-ci ildə Havay adalarından təxminən 2.510 km məsafədə batmış sovet sualtı qayığının suyun səthinə çıxarılması prosesi soyuq müharibə dövrünün ən bahalı və ən gizli əməliyyatlarından biri hesab olunur. Belə ki, ABŞ əməliyyata müasir dövrün valyutası ilə 5 milyard ABŞ dollarına yaxın vəsait xərcləmişdir.

Əməliyyatın adı ABŞ mətubatı tərəfindən 1975-ci ildən 2020-cı ilə qədər Cennifer olaraq adlandırıb. Cennifer əməliyyatın kod adlarından biri idi və mətbuat bu adın əsas yox, ikinci ad olduğunu yalnız 2020-cı ildə bilib.[3]

K-129 SSRİ-nin Sakit okean donanmasına aid strateji sualtı qayıqlardan biri hesab olunurdu. 1959-cu ildə istifadəyə verilmişdi. 1968-ci ilin 24 fevral tarixində I dərəcəli kapitan Vladimir Kobzarın rəhbərliyi altında növbəti patrul səfərinə çıxmışdır. 98 nəfər heyəti olan qayığın göyərtəsində nüvə başlıqlı üç R-21 ballistik raketi və nüvə yüklü iki torpedo vardı. Planlaşdırılmış səfər təqviminə görə 5 may tarixində sualtı qayıq geri qayıtmalı idi.

Sualtı qayıq çox vaxt radiosükuta riayət edərək üzürdü. Baza ilə radioəlaqə yaratmaq üçün təyin olunan növbəti gün 8 mart idi. Həmin gün qayıqdan heç bir siqnal alınmamışdır. Sualtı qayığın batdığını düşünən sovet rəsmiləri təcili şəkildə onun axtarışlarına start vermişdilər. K-129-un mümkün marşrutu boyunca aparılan axtarışlarda müxtəlif tipli 30-dan çox gəmi və 50-dən çox təyyarə iştirak etdi.

72 gün ərzində Sakit okeanın şimal hissəsində nəhəng ərazilər arandı, suyun radioaktivliyini yoxlamaq üçün nümunələr götürüldü, amma heç bir nəticə əldə olunmadı. Sualtı qayıq tapılmadı. O itirilmiş, heyəti isə ölmüş hesab olundu. K-129-un qəzaya uğramasının dəqiq səbəbi indi də məlum deyil. Akkumlyator batareyaları doldurularkən hidrogen partlaması, gəminin maksimum dərinlik həddini keçməsi üzündən korpusunun dağılması, ABŞ-ın sualtı qayığı və ya suüstü gəmisi ilə toqquşması kimi versiyalar irəli sürülür.

Qızıl ordunun Sakit okeandakı hərəkətliliyindən şübhələnən ABŞ Hərbi Donanması hansısa hadisənin baş verdiyini anladı və həmin zaman yalnız ABŞ-da mövcud olan SOSUS (ing. Sound Surveillance System) sistemi vasitəsi ilə sualtı qayıq qəzasının baş verdiyi müəyyənləşdirildi.

  1. Wiegley, Roger D., LT (JAG) USN "The Recovered Sunken Warship: Raising a Legal Question" United States Naval Institute Proceedings January 1979 p. 30.
  2. The secret on the ocean floor Arxivləşdirilib sentyabr 18, 2019, at the Wayback Machine. David Shukman, BBC News. February 19, 2018.
  3. Aid, Matthew; Burr, William; Blanton, Thomas. "Project Azorian: The CIA's Declassified History of the Glomar Explorer". The National Security Archive. February 12, 2010. June 3, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2010 – GWU vasitəsilə.