Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir.
Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır).Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən udulur. Öz qidalarını özləri hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını təmin edirlər.
İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə qayıtması isə bu canlıların tullantıları və ölülərinin bakteriyalar tərəfindən parçalanması nəticəsində həyata keçir. Bakteriyalar bu işi görərkən sadəcə təmizlik etmir, eyni zamanda azotun əsas mənbəyi olan ammonyakı da yenidən üzə çıxarırlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək yenidən havaya qarışır, digər qismi isə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilir. Bunlardan bitkilər faydalanır və dövran beləcə davam edir.
Diqqət etdikdə bu dövranda sadəcə bakteriyaların olmamasında belə həyatın sonunu gətirəcəyini başa düşmək olur. Çünki bakteriyalar olmadan bitkilər karbon ehtiyaclarını təmin edə bilməyəcək və məhv olacaqlar. Bitkilərin olmadığı bir mühitdə isə, əlbəttə, həyatdan bəhs etmək olmaz.