Ammonyak (NH3) — Hidrogenin nitridi olub, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır.
Ammonyak | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | NH3 |
Molyar kütlə | 17.0306 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0.7723 (n.ş.) q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -77.73 °S |
Qaynama nöqtəsi | -33.34 °S |
Öz-özünə yanma temperaturu | 651 ± 1 °C[1] |
Buxarın təzyiqi | 8,5 ± 0,1 atm[2] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 9,21 ± 0,01[3] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | [7664-41-7] |
PubChem | 222 |
RTECS | BO0875000 |
ChEBI | 16134 |
BMT nömrəsi | 1005 |
ChemSpider | 217 |
Adın mənşəyi Köhnə Misirə əsaslanır. Amon məbədinin isidilməsində istifadə edilən qazlardan, məbədin divarlarında, tavanında süfrə duzu kimi ağ kristallar halındakı ammonium xlordan istifadə edilmişdir. Adı həmin dövrdə "Amonun Duzu" adlanırdı.
Laboratoriyada Ammonyakı almaq üçün Ammonium duzlarına qələvilərlə təsir edilərək alınır.
2NH4Cl + Ca(OH)2 →t CaCl2 + 2H2O + 2NH3
Sənayedə isə "Qaber üsulu" ilə sintez edilir:
Onu daş kömürün oksidləşməsindən almaq olar.
Ammonyakın mühüm kimyəvi xassələrindən biri onun turşularla duz əmələ gətirməsidir:
Ammonyakın oksidləşməsi
NH3 güclü reduksiyaedicidir. Qızdırıldıqda metal oksidlərini reduksiya edir, özü isə sərbəst azota qədər oksidləşir. Məhz bu səbəbdən NH4+ ionu və oksidləşdirici turşulardan əmələ gəlmiş duzlar parçalanarkən, ayrılan ammonyak azota və azot 1-oksidinədək oksidləşir:
3CuO + 2NH3 →t CaCl2 3Cu + N2 + 3H2O
3Fe3O4 + 8NH3 →t CaCl2 9Fe + 4N2 + 12H2O
Ammonyak rəngsiz qaz olub, kəskin iylidir. Yaxşı termodinamiki xüsusiyyətlərə malikdir. Amonyakın normal qaynama temperaturu −33,30 C-dir. Adi iş şəraitində buxarlandırıcıda təzyiq atmosfer təzyiqindən yüksək, qaynama temperaturunda vakuum isə −33,30 C-dən aşağı tələb olunur. Kondensatorda suyun soyudulmasında təzyiq 0,8…1,3 MPa-dır. Soyuducu agent kimi 1874-cü ildən istifadə olunur. Ammonyakın nisbətən böyük həcmi soyutma məhsuldarlığı kompressora daxil olan soyuducu agentin cüzi həcmindən asılı olur. Buna görə də ammonyak maşınları yığcamdır.[4]
Ammonyak yağda həll olmur, ancaq suda intensiv udularaq hopur. Qeyri kiplikdən keçən ammonyakın azalmasında onu iyə görə asan müəyyənləşdirmək olur. Ammonyakın axması (itməsi) xüsusi məhlul hopdurulmuş indikator ilə təyin edilir. İşlədilmədən qabaq kağız silinir və hardan ammonyak axırsa ora yaxınlaşdırılır. Ammonyakın artması ilə havada kağızın rəngi moruq rəngi alır. Qara metallarla (çuqun, polad) ammonyak reaksiyaya girmir, nəmliyin əmələ gəlməsində isə sink, mis və onun xəlitəsini yeyir. Ona görə də ammonyakla işləyən maşınların hissələri mis və onun xəlitəsindən olmamalıdır.
Ammonyak mühitinin çatışmamazlıqları insan orqanizminə mənfi təsir göstərməsidir. O kəskin xarakterli iyə malik olub, göz giləsini, mədəni, nəfəs yollarını qıcıqlandırır və nəfəs orqanlarında ağrı, dəridə yanıq əmələ gətirir. Həcmi kondensasiya 0,0005% olduqda havada onun artması hiss olunur. Əgər havada ammonyak həcmə görə 0,5%-dən artıq olarsa, onda arasıkəsilmədən daxil olması zamanı zəhərlənmə ola bilər.
Ammonyak gübrə, dərman, boya, ətir kimi maddələrin sintezlənməsinin ilk mərhələsində istifadə edilir. Ammonyak canlılar üçün zəhərli bir maddədir, istifadə edərkən diqqət yetirilməsi vacibdir. Bir çox yerlərdə ammonyak adı altında satılan maddələr ammonyakın sulu məhlulu olan "Ammonium hidroksid"dir.