Azra "Akilah" Kohen (nikahdan əvvəl soyadı Sarızeybek; 1979, İzmir, Türkiyə) türk yazıçısıdır. İlk kitabı Fi Akilah təxəllüsü ilə nəşr edildikdən sonra ikinci və üçüncü kitabları – Çi və Pi Akilah Azra Kohen adı ilə nəşr olundu. Fi, Çi, Pi trilogiyasından sonra 2017-ci ildə fantastik realizm janrında Aeden və 2019-cu ildə tarixi məzmunu ilə yenidən bestseller olmağı bacaran Gör Məni romanlarını nəşr etdi.
Azra Kohen | |
---|---|
Doğum tarixi | 1979 |
Doğum yeri | |
Həyat yoldaşı | Sadok Kohen (e. 2001) |
Uşağı | 1 |
Fəaliyyəti | müəllif |
İlk əsəri | Fi |
akilah.co |
Azra Kohen "Azra Sarızeybek" adı ilə 1979-cu ildə İzmirdə anadan olub.[1] İstanbul Universiteti Ünsiyyət fakültəsinin Radio, Televiziya və Kino ixtisasını bitirdikdən sonra Kanadanın Ottava Universitetində iqtisadiyyat təhsili alaraq təhsil həyatını davam etdirib. Azra Kohen Liverpul Universitetində tətbiqi psixologiya üzrə magistr dərəcəsini bitirib. O, müsahibəsində təhsilə baxışını "Biz bu dünyaya öyrənmək üçün gəlmişik" sözləri ilə ifadə edib. İngilis və İtalyan dillərini bilir.[2]
Onun yazdığı "Fi", "Çi" və "Pi" hekayə silsiləsi trilogiyası qısa müddətdə diqqət çəkdikdən sonra "Fi" adı ilə internet serialına uyğunlaşdırılıb.[3] 2017-ci ilin dekabr ayında yazıçı Azra Kohen Radio Traffic Marmara-da iştirak etdiyi Müəllifin Dilindən adlı radio proqramında Gör Məni və Dinlə Məni adlı iki yeni kitab yazmağa başladığını açıqladı.[4] Həmin ayda həmçinin o, Fi serialının istehsalı zamanı yaşadıqlarından bəhs edən kitab yazacağını da açıqladı.[5]
Onun 2001-ci ildə Sadok Kohen ilə evliliyindən[6] 2009-cu ildə dünyaya gələn bir oğlu var. O, ekoloji kənd təsərrüfatına, kainatın riyaziyyatına və bir yaradıcının olduğuna inanır. Onun məlum siyasi mövqeyi yoxdur. Kohen müsahibəsində vegetarian olmadığını, amma olmağa çalışdığını açıqlayıb.[3]