Aztech (şirkət)

Aztech – “Azerbaijan Technologies” şirkətinə məxsus əmtəə nişanıdır. “Azerbaijan Technologies” şirkəti 1998-ci ildə təsis olunub.

Aztech
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Məhdud Məsuliyyətli Cəmiyyət
Sənaye Kompüter, noutbuklar, monitorlar, aksessuarların satışı
Təsis tarixi 1998
Baş qərargahın yeri Bakı
Struktur
İşçi sayı 12
Rəhbərlik
Rəhbərlik Zülfüqar Babayev
aztech.az

Fəaliyyət sahəsi[redaktə | mənbəni redaktə et]

“Aztech” şirkəti Azərbaycanda uzun illər ərzində kompüter və noutbuklar, monitorlar, eləcə də videokartlar, ana platalar, SSD kimi kompüter detalları və müxtəlif aksessuarların satışı üzrə ixisaslaşıb. Bank avadanlıqlarının satışı da şirkət üçün əsas prioritetlərdəndir. Keyfiyyət göstəricisinə görə Azərbaycanda seçilən məhsulları ilə tanınır. Hazırda "ASUS", "Lenovo" və "MSI" brendlərinin Azərbaycanda əsas distribütorudur.[1][2][3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Şirkət 1998-ci ildən “Digital Store” kompüter mağazası kimi Azərbaycanın İKT bazarında fəaliyyət göstərməyə başlayıb.[4] Şirkət 2000-ci ildə “Aztech” adı ilə təsis olunub. Həmin ildə “Dünya Bankı” ilə 526 min dollar dəyərində ilk iri həcmli müqavilə imzalanıb.

2002-ci ildə Yaponiyanın “Oki” şirkəti “Aztech” şirkətinin ilk beynəlxalq tərəfdaşı oldu. Şirkət eyni ildə “Fujitsu-Siemens”in (Almaniya) distribütoru oldu.

“Aztech” 2005-ci ildə “ASUS” (Tayvan) və “Entrust Datacard”-ın (ABŞ) distribütoru oldu. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə kompüter avadanlığının təchizatına dair 1 milyon ABŞ dolları dəyərində müqavilə imzalandı.

2008-ci ildə şirkət “Gemalto”-nun (Fransa) distribütoru oldu. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində müasir kriminalistik və kimyəvi-analitik laboratoriyanın qurulması üçün 2 miyon ABŞ dolları dəyərində layihələrin tamamlanması da bu ilə təsadüf edir.

2014-cü ildə “Aztech” “Lenovo”-nun (Çin) distribütoru oldu. Bu ildə Qazaxstanda “Aztech” təsis edildi və “Entrust Datacard” avadanlığının satışına başlandı. 2014-cü ildə Təhsil Nazirliyi ilə 5 milyon ABŞ dolları dəyərində 6000 ədəd monoblokun təchizatına dair müqavilə imzalandı.[5][6]

2019-cu ildə şirkətin “ASUS Brand Store” mağazasının açılışı oldu.[7]

2020-ci ildə “Aztech” Tayvanın “MSI” şirkətinin distribütoru oldu.[8][9]

2022-ci ilin oktyabr ayında Aztechshop.az saytı yaradılaraq, onlayn satışlar bu sayt üzərindən həyata keçirilməyə başlanılmışdır.

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Şirkətin təsisçisi və baş direktoru Zülffüqar Babayevdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  2. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  3. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  4. "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  5. "Arxivlənmiş surət". 2017-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  6. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  7. "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  8. "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  9. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.