Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır.
Vahid | Heyət | Rəhbər |
---|---|---|
Tim | 4 | Kiçik çavuş Çavuş Baş çavuş Birinci dərəcəli starşina İkinci dərəcəli starşina Üçüncü dərəcəli starşina |
Manqa | 8-13 | Kiçik gizir Gizir Baş gizir Kiçik miçman Miçman Baş miçman |
Taqım | 25-26 | Kiçik leytenant Leytenant Baş leytenant |
Bölük | 80-225 | Baş leytenant Kapitan (hərbi rütbə) Kapitan-leytenant |
Tabor | 300-1300 | Kapitan (hərbi rütbə) Mayor Polkovnik-leytenant Üçüncü dərəcəli kapitan |
Alay | 1300-3000 | Polkovnik-leytenant Polkovnik İkinci dərəcəli kapitan |
Briqada | 3000-5000 | Polkovnik General-mayor Kontr-admiral |
Diviziya | 10000-15000 | General-mayor Kontr-admiral |
Korpus | 20000-45000 | General-leytenant Vitse-admiral |
Ordu | 80000-200000 | General-polkovnik Admiral |
Ordu qrupu | 400,000–1,000,000 | Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral |
İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir.
İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |