Admiral

Admiral poqonu (Azərbaycan Hərbi Dəniz Qüvvələri (1991–1999)
Admiral poqonu (Azərbaycan Hərbi Dəniz Qüvvələri (2000–h. h.)

Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir.[1] Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur).[2]

XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.[3]

  1. ""Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 25.06.2001. 2017-02-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25.06.2001.
  2. Большой Энциклопедический словарь. 2000. АДМИРАЛ.
  3. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909.