Böyük Çin aclığı (çin 三年大饑荒) — Çin Xalq Respublikasında 1959-cu ildən 1961-ci ilə kimi dövlət hesablamalarına görə kütləvi aclıqdan 15 milyon insanın öldüyü hadisə. Aclığın qurbanlarının miqdarını qeyri-rəsmi mənbələr fərqli qiymətləndirir. Bəzi mənbələr qurbanların 36 milyona yaxın olduğunu iddia edirlər.[1] Eləcədə Çində bu hadisəni «Üç fəlakətli il» və ya «Üç acı il» adlandırırlar.
İndi təhqiqadçılar aclığın inkişafına səbəb təbii fəlakətlərdən yox, ölkədəki sosial-siyasi dəyişiklər səbəb olmuşdur. 1950-ci illərin sonundan Çin Xalq Respublikası böyük sıçrayış siyasətini həyata keçirməyə başladı. Bu siyasət kənd təsərrüfat yönümlü ölkəni aqrar ölkəyə çevirməli idi. Bunun üçün kollektivizasiya kimi üsüllardan istifadə edilirdi. Misal üçün, bitki növlərinin arasında rəqabətin olmaması ideyası tarlalarda kəskin şəkildə əkin miqdarın artırdı, ilk öncə üç dəfə, sonra isə iki dəfə. Əslində isə bu inkişafın və məhsuldarlığın azalmasına gətirib çıxardı.
Bundan əlavə olaraq Çin Xalq Respublikasını təbii fəlakətlər gözləyirdi. Beləki 1959-cu ildə Şərqi Çində Xuanxe çayı öz məcrasından çıxdı. Daşqın iki milyona yaxın həyat apardı. 1960-cı ildə quraqlıq və digər arzu olunmayan hava şəraiti becərilən torpaqların 55 faizinə zərər vurdu. Bunun nəticəsində 1958-ci ilə nisbətən 1960-cı ildə taxılın istehsalı 30 faiz azaldı. Kənd təsərrüfatı sahəsinin bərpası böyük sıçrayış siyasətinin bitməsindən sonra mümkün oldu.[2]
Böyük Çin aclığı arzu olunmayan hava şəraiti, sosial təzyiq, iqtisadi təsərrüfatsızlıq və dövlət tərəfindən kənd təsərrüfatı sahəsində keçirilən radikal reformalar kimi faktorların bir-birini əvəzləməsi nəticəsində oldu.
Bu isə öz növbəsində xalq narazılıqlarına və siyasi qeyri stabilliyə gətirib çıxardı. Rəsmi statistikaya görə aclıqdan 36 milyon insan ölüb.[3]
Mao Tszedun Çin vətandaşlarına kənd təsərrüfat məqsədi ilə torpaq sahibi olmasını qadağa edən fərman imzaladı. Bundan sonra çinli kəndlilər sovet kolxozlarındakı kimi, «xalq kommuna»-larında işləməli idilər. Fərmana riyayət etməyənlər repressiyalara məruz qaldılar. Bununla yanaşı dövlət sənayənin inkişafı istiqamətini seçdi, nəticədə kənd təsərrüfatənda işləyən milyonlarla kəndli işçi kimi fabrik və zavodlara göndərildi.[4][5].
Sərçələrin qırılması kompaniyasıda da tarlalara ziyan vurdu. Onlar taxılın ən vacib rəqibi sərçələri hesab edirdilər, lakin sərçələrlə yanaşı digər vəhşi quşları daşladılar və onlar yorğunluqdan aşağı düşürdülər, bunun nəticəsində zərərverici həşaratlar çoxaldı və taxıl tarlalarına sərçələrdən daha çox ziyan vurdular.