Böyük Üzen çayı (qaz. Үлкен Өзен, Қараөзен) — Rusiyanın Saratov vilayəti və Qazaxıstanın Qərbi Qazaxıstan vilayəti ərazisindən axan daxili hövzəyə aid çay.
Böyük Üzen çayı | |
---|---|
qaz. Қараөзен | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 120 m |
Uzunluğu | 650 km |
Hövzəsinin sahəsi | 14300 km² |
|
|
DSR[rus.] | 12020000212112200000398 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunluğu təqribən 400 kilometrdir (daşqınlar zamanı 650 km-ə çatır [1]). Hövzəsinin sahəsi 14,300 km²-dir.
Başlanğıcını Obşı Sırtın cənub-qərb yamaclarından götürür. Axarının yuxarı hissəsində cənub-qərbə axır, Solyanka çayı ilə birləşdikdən sonra cənub-şərqə tərəf dönür. Qazaxıstanda çay Kamış-Samara adı ilə tanınan geniş göl və bataqlıqlar ərazisində axır.
Böyük Üzen çayına Altata qolu sol tərəfdən birləşir. Sakrıl gölündən Böyük Üzen çayının sağ hissədən kiçik bir kanal ona bağlanır.
Çay yatağı olduqca dərindir, sahillər dik, Jalpaktalda astanalar vardır. Yuxarı axarda suları il boyu çirindir, orta , aşağı hissələrdə isə yazın sonunda, payızda, qışda acı-duzlu və istehlak üçün yararsız olur.
1973-cü ildən bəri Saratov suvarma kanalı, hər il aprelin 15-dən noyabrın 15-dək Volqa suyunu Böyük Üzen çayının mənbəyinə verir. Bu zaman orta axın sürəti 13,2 m³/s olur. Nəticədə hidroloji rejim köklü şəkildə dəyişir. Yay dövrü ərzində axınlar demək olar ki, bütün çay boyu qeydə alınmağa başlanılır.
Bir versiyaya görə Böyük Uzen qədim zamanlarda cənuba doğru geri çəkilən Xəzər dənizinin hövzəsinə aid olmuşdur. Kamış-Samara gölü isə Xəzər dənizinin buxtalarından biri idi.
Böyük Uzen balıqlar çoxdur. Bahar daşqınları aşağı hissədə geniş bataqlıqlaşmış çəmənliklər əmələ gətirir. Burada qış vaxtı yüz minlərlə qoyun və on minlərlə at qışlayır.
Rusiya Vətəndaş müharibəsi illərində buradakı qırmızı birləşmələr (Çapaev və Furmanovun rəhbərliyi ilə) və ağlar (Ural kazakları) arasında şiddətli döyüşlər getmişdir. Qırmızılar Slamixinskaya kəndini (indiki Jalpaktal kəndi) ələ keçirmişdilər.
Çayın qazaxca adı Qara-Ozen, yəni Qara (quraqlıqda qurumayan) çaydır.
Arxeoloji baxımından olduqca zəngin ərazidən axan çay boyunca Böyük Üzen abidələri, o cümlədən orta əsr məzarlıqları ilə birlikdə dəfn kurqanları məlumdur. Mokrinski məzarlığının arxeoloji tədqiqatları zamanı Qızıl Orda dövrünə aid gümüş sikkələr tapılmışdır[2].
Çayın sağ sahilində Oroşoye qəsəbəsindən 150 m cənubda və Alexandrov Gayadan 1,5 km şimalda Algay neolit düşərgəsi vardır[3].
Çayın uçurumlarında və alt hissəsində bir mamontun qalıqları tapılmışdır.