Böyük Afrika qrabeni

Böyük Afrika çatı və ya qrabeni adı adını almış bu ərazi Afrika materikinin şərq hissəsində yerləşir. Belə ki, yer səthində şaquli və üfiqi hərəkətlər nəticəsində düşmə və qalxmalar müşahidə edilir. Bu düşmələr yəni qrabenlər, qalxmalar isə horstlar adlanır. Onların uzunluğu yüzlərlə km olub, yer səthinin aralanma zonalarında müşahidə edilir. Dünyanın ən iri sınma zolağı demək olar ki, Afrika materikindədir. Burada bu intensivliklə düşmə və qalxma prosesləri davam edərsə demək olar ki, Afrika materikinin yeganə iri yarımadası olan Somali yarımadası materikdən ayrılacagdır. Təbii ki, bu proses uzun bir vaxt tələb edəcək. Bildiyimiz ki, qrabenlərdə dünyanın ən dərin gölləri yerləşir. Bunlara misal olaraq ele, Afrika materiki daxilində Tanqanika, Nyasa və Rudolf göllərini deyə bilərik. Həmçinin Avrasiya materikindəki, BaykalUrmiya gölləri də qraben mənşəli göllərdirlər. Bu göllər dərin olmaqla yanaşı həmçinin formasına görə uzunsov olurlar.[1]

  1. Грабен // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.