Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tanqanika gölü — Mərkəzi Afrikada göl. Rusiyadaki Baykal gölündən sonra dünyanın ən dərin gölüdür. 3° 20' den 8° 48' şimal enlikləri və 29° 5' dən 31° 15' şərq uzunluqları arasında yer alır. Yer kürəsinin 6-cı ən büyük gölüdür.
Tanqanika | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 773 m |
Eni | 50 km |
Uzunluğu | 1.828 km |
Sahəsi | 32,9 min |
Həcmi | 18.900 km³ |
Dərin yeri | 1.470m |
Tökülən çaylar | Ruzizi, Malaqarasi |
Axan çay | Lukuqa |
Yerləşməsi | |
5°30′ c. e. 29°30′ ş. u.HGYO | |
Ölkələr | |
Yerləşməsi | Mərkəzi Afrika və Şərqi Afrika |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi Afrika sınma zonası boyunca uzanır və Büyük Rift Vadisi çökəkliyində yerləşir. Sınma xəttinin divarları, gölün sərhədlərinə uyğundur. Mərkəzi Afrikadakı bu göl dünyanın ən böyük tektonik sınma zonasında yerləşən, eyni zamanda Afrikanın ən dərin və ən böyük ikinci gölüdür. Tanqanika gölü, şimal-cənub yönündə 673 km lik bir məsafəyə uzanarkən, orta hesabla 50 km. genişliyə malikdir. Gölün sahəsi 32.893 km² olub uzunluğu 1.828 km'dir. Orta hissəsində dərinlik 570 m-dir. Ən dərin yeri 1.470 m dərinlik ilə şimal hissədədir. Yəni bu hissədə gölün dibi okean səviyyəsindən 688 m aşağıdadır.
Tanqanika gölünün əsas qida mənbəyi cənubdan ruzizi çayıdır, bundan başqa Malaqarasi və Lufubu çayları da gölə tökülür. Göldən başlayan yeganə çay Lukuqa çayıdır.
Tanqanika, Kongo, Tanzaniya, Zambiya ve Burundi ölkələri ərazisində yerləşir. Konqo 45% ilə ve Tanzaniya 41% ilə, göldən ən böyük payı alan ölkələrdir.
Tanqanika gölü çoxlu növdə balıqlarla zəngindir. 45.000 insan bu göldə balıqçılıqla məşğuldur,1.000.000 insanın balıq tədarükünü ödəyəcək qədər zəngindir. 1950-ci illərdə burada balıqçılığın inkişafına xüsusi diqqət verildi. 1995-ci ildə 180.000 tona yaxın balıq əldə edilmişdir ki, bu da gölün tarixində rekord hədd deməkdir. Göldə gündə 500 tona yaxın balıq tutulur. Bəzi balıq növləri akvarium balığı adı ilə xarici ölkələrə satılır.