Böyük Aral

Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi[1]. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur[2][3]. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur[4]. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir[5].

Böyük Aral
Ümumi məlumatlar
Sahəsi 3500—3800 km²
Dərin yeri 40 m
Orta dərinliyi 14-15 m
Duzluluğu 70-100 
Yerləşməsi
45°00′ şm. e. 58°30′ ş. u.HGYO
Ölkələr
Böyük Aral xəritədə
Böyük Aral
Böyük Aral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aral dənizinin cənub hissəsi, may 2012 il.

2007-ci il məlumatına görə Böyük Aral Gölünün qərb hissəsinin suyu hər litrinə 7 q duz düşürdüsə, şərq gölünün hər litrinə 100 q duz düşür. Bu isə göldən hansısa təsərrüfat təyinatı üzrə istifadəsini mümkünsüz edirdi.[6]. Amudəryanın suyu əgər Qərbi Arala axaraq tökülə bilsə bu saman göldən təsərrüfat əhəmiyyətli istifadəsini mümkün edə bilər. Xüsusi ilə balıqçılığın inkişaf etdirilməsini mümkün edər[7].

Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırırdı. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göl əlaqə təmin edilirdi. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Bununla belə günümüzdə boğaz mövcudluğunu qorumur.

Hazırkı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Harırda Böyük Aral dənizinin qərb hissəsi 3500–3800 km² əraziyə malikdir. Gölün orta dərinliyi 14–14 metr təşkil edir. Maksimal dərinliyi 37–40 metrdir. Yeraltı sular il ərzində gölə 2 km³ su verir. 2009-cu ilin mayında

Şərqi)Aral tamamən qurumuşdur. 2010 ildə isə göl yenidən bərpa olunur. 2014[8] ildə göl tamami ilə qurumuşdur. Bu gölün 8303 km² sahəsini təşkil edirdi[9]. Böyük Aralın Şərq gölü qızmar yay ayları tamamən quruyur. Çayda gursululuq olarkən isə yenidən müəyyən ərazidə su yayılaraq gölün az bir hissəsi bərpa olunur. Qərbi Aralı isə ilibəil sahəsi azda olsa azalmağa doğru gedir. Gələcəkdə onunda yox olma ehtimalı yüksəkdir.[10]
  1. "Материалы XI научного семинара "Чтения памяти К.М. Дерюгина"" (PDF). Санкт-Петербургский университет. 2009. 55. 2012-09-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-08.
  2. "Aralsee: Ostbecken ist jetzt Wüste" (alman). Scinexx. 2012-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-25.
  3. "Дренажи Аральского моря" (ingilis). FEOW. 2012-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-2.
  4. "Аральское море восстанавливается" (ingilis). Earth Observatory. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-25.
  5. "Грунтовые воды в Аральском море с 1960 года" (ingilis). SciVerce. İstifadə tarixi: 2011-04-25.[ölü keçid]
  6. Peter O. Zavialov, 2005, Physical oceanography of the dying Aral Sea, С. 112
  7. "Реабилитация экосистем и биопродуктивности Аральского моря в условиях дефицита воды" (PDF) (ingilis). 2012-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-04-25.
  8. "World of Change: Shrinking Aral Sea : Feature Articles". 2009-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.
  9. "Карта динамики Аральского моря с 1960 по 2015 годы". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.
  10. "Снимки NASA на конкретную дату". 2020-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.