Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir.
Kiçik Aral | |
---|---|
qaz. Солтүстік Арал теңізі | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 42,2 m |
Sahəsi | 3300 km² |
Həcmi | 27 km³, 15,6 km³ |
Dərin yeri | 18 m |
Orta dərinliyi | 8,7 m |
Duzluluğu | 9 ‰ |
Yerləşməsi | |
46°30′ şm. e. 60°42′ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır.
2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir. Bununla belə gölün duzluğu 12 ‰ qədər azalmışdır[1]
Göstəriciləri | 1970[2] | 1988[2] | 2003 | 2004 | 2007 | 2008 | 2009 | 2010 | 2011 |
---|---|---|---|---|---|---|---|---|---|
Suyun səviyyəsi, м | 53 | 40 | 30[3] | 42 | 42[3] | 42 | 42 | 42 | |
Həcmi, км³ | 82 | 15,6[4] | 27,1[4][5] | ||||||
Su səthinin sahəsi, min.km² | 6,118 | 2,55[3] | 3,3[3] | ||||||
Duzluğu, ‰ | 8–13 | 30 | 23[4] | 11–14[2] | 12[1] | 17[4] | 9[6] |
Kiçik aralın səviyyəsinin qorunması məqsədilə dəfələrdə burada dambalar inşa edilsədə güçlü dalğalar səbəbindən onların hamısı dağılmışdır. Bununla da göldən suyun getməsinin sarşısını almaq mükünsüzləşirdi. Kokaral bəndinin inşası ilə əlaqədər gölün səviyyəsi tədricən bərpa olunurdu. Gölün sahili iki il ərzində Aralsk şəhərinə yaxınlamışdı. Bununla da bölgənin iqlimində yaxşılaşma müşahidə edilməyə başlamılmışdır. Gölə hətta nərələr belə buraxılmışdır. Aral gölünün şimalını qorunması məqsədilə layihə hazırlanmışdır. Bu layihəyə 85,79 milyon dollar sərf edilmişdir. Bunun 64, 5 milyonunu Dünya Bankı, 21,29 milyon dollarını isə dövlət büccəsindən ayrılmışdır. Burada çoxlu sayda hidrotexiki qurğuların və obyeklərin tikintisini nəzərdə tuturdu. Bu kənd təsərrüfatının inkişafı ilə yanaşı balıqçılığında genişlənməsinə imkan verəcək.[7].
Kiçik Aralın suyu 2004-cü ildən 2010-cu ilin oktyabrına qədər 11,5 km³-dən 27,1 km³ qədər artmışdır. Nəticədə 870 km² vaxtı ilə dənizin dibi olan bölgə yenidən su ilə örtülmüşdür. Suyun duzluğu hər litrinə 23–17 q qədər azalmışdır. Balıq tədarükü 400 kiloqramdan 11 min tona qədər artmışdır[4].
Gölə axan Sırdəryanın şirin suyu və digər mənbələrdən təminlənərək gələn suyun sayəsində göldə hazırda duzluluq 8–9 ‰ qədər enmişdir. Gölün gələcəkdə şirinsulu olması ehtimalı vardır. Belə ki, Sırdəryanın deltası dambanın yaxınlığında olması sızıntılara gətirib çıxarır. Ancaq bu proses olduqca zəif gedir.
Layihənin ikinci mərhələsində dambanın hündürlüyünün 6–8 metr qaldırılması planlaşdırılır. Belə düşünülür ki, bu zaman gölün su tutumu 27 km²-dən 59 km² qədər artacaqdır. Bununla da gölün duzluğu 17 qramdan 2,5–3 qrama qədər azala bilər. Üstəlik bu səviyyə ilə böyük liman şəhəri olmuş Aralsk öz əhəmiyyətini bərpa etmiş olar.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |