Böyük Azərbaycan şairi İmadəddin Nəsimi (kitab)

Böyük Azərbaycan şairi İmadəddin NəsimiAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şairi İmadəddin Nəsimi haqqında hazırladığı monoqrafik tədqiqatı.

Böyük Azərbaycan şairi İmadəddin Nəsimi
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi
Müəllif AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (kollektiv iş)
Janr Monoqrafiya
Mövzu Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı və dövrü, doğum və vəfat etdiyi məkan müxtəlif tədqiqatçıların verdikləri bir çox bioqrafik təfsilatlar əsasında tədqiq edilmişdir.
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2019
Nəşriyyat "Elm"
Cild 1
Səhifə 388
Tiraj 300
ISBN 978-9952-523-12-5

Haqqında[redaktə | mənbəni redaktə et]

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qərarı ilə "Elm" nəşriyyatında çap edilən kitabın baş redaktoru AMEA prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru Fəridə Əzizova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçisi isə filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Nüşabə Araslıdır. Monoqrafiya "Sənətkarın elmi pasportu" seriyasının 7-ci nəşridir.

Kitab əvvəlcə "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi"[1] və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında [2] Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə başlayır. Daha sonra şairin həyatı və dövrü, doğum və vəfat etdiyi məkan müxtəlif tədqiqatçıların verdikləri bir çox bioqrafik təfsilatlar əsasında tədqiq edilmişdir. Kitabda həmçinin Nəsiminin yaradıcılıq yolu, hürufi görüşləri, sənətkarlığı, irsinin tədqiqi və nəşri problemləri də araşdırılmışdır.

Tədqiqi[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2023.
  2. "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2023.