Böyük Azərbaycan şairi Nizami Gəncəvi — AMEA prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan şairi Nizami Gəncəvi haqqında on dildə çap olunan kitabı[1]
Böyük Azərbaycan şairi Nizami Gəncəvi | |
---|---|
Böyük Azərbaycan şairi Nizami Gəncəvi | |
Müəllif | İsa Həbibbəyli |
Janr | Monoqrafiya |
Mövzu | Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərindən bəhs olunur |
Orijinalın dili | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2021 |
Rəssam | Qəzənfər Xalıqov |
Nəşriyyat | “Elm” |
Cild | 1 |
Səhifə | 440 |
Tiraj | 500 |
ISBN | 979-9952-534-19-1 |
Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə "Elm" nəşriyyatında çap edilən kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, ixtisas redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevadır. Nəşr görkəmli dövlət xadimi Heydər Əliyevin 24 may 2000-ci ildə Gəncədə Nizaminin məqbərəsini ziyarət edərkən çəkilən fotosu və dahi şair haqqında fikirləri ilə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 24 yanvar 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışında çəkilmiş fotosu və Nizami Gəncəvi haqqında fikirləri də kitabın əvvəlində yer alıb.
Kitabda Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əli, Xalq rəssamları Mikayıl Abdullayev, Fuad Əbdürrəhmanov və digər müəlliflərə məxsus rəsm əsərləri, mozaika, heykəl və başqa janrlarda olan nümunələr də əksini tapıb. "Nizami Gəncəvi almanaxı" hissəsində isə Nizami Gəncəviyə həsr olunmuş və incəsənətin müxtəlif sahələrində (rəssamlıq, xalçaçılıq, heykəltaraşlıq, ağ üzərində oyma sənəti və s.) yaradılmış sənət nümunələrinin şəkilləri verilib.
Vəsaitdə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərdən bəhs olunur. Nizami Gəncəvinin ölkədə və dünyada tanıtımı və təbliği üçün sanballı mənbə olan bu kitabda yer alan araşdırmalar on dildə tədqim edilib. Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, çin, polyak, gürcü, ukrayna və bolqar dillərində isə ixtisarladır. Nizami Gəncəvinin həyatı, lirikası, poemaları, Azərbaycan renessansı məsələsi, dahi şairin yaradıcılığında azərbaycançılıq kimi mövzular kitabda öz əksini tapıb.[2]
Akademik Teymur Kərimli kitab haqqında yazır:
"“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı da İsa Həbbibəylinin dərin elmi biliklərə və yüksək elmi-nəzəri dünyagörüşə malik bir professional ədəbiyyatşünas olduğunu göstərir."[3] |
Professor Nüşabə Araslı yazır…
"Böyük Azərbaycan şairi Nizami Gəncəvi" adlı monoqrafiyası mükəmməl elmi araşdırmaları ilə Nizami irsinin Azərbaycan və dünya xalqlarına tanıdılması işində xüsusi əhəmiyyətə malikdir. Alimin bu kitabı Nizami Gəncəvinin həyatı və yaradıcılığına dair müasir ədəbiyyatşünaslıqda mövcud konsepsiyaları bir araya gətirməklə və bir çox problemlərin həllində yeni dövrün elmi nəticələrinə əsaslanmaqla yazılmışdır və əsər öz elmi əhəmiyyətinə görə dünya nizamişünaslığının tarixində müstəsna hadisədir.[4] |