Böyük Budda

Tyantan Budda və ya daha çox məşhur olan Böyük Budda (çin dilində 天壇大佛) — böyük brünc rəngdə olan Buddanın statuyasıdır. Lantau adasında Po Lin monastrı yaxınlığında Honkonqda yerləşən bu statuya buddistlərin əsas sitayiş yeri olduğundan bu dinə sitayiş edən xalqların nümayəndələri bura daha çox gəlir. Böyük Budda insan və təbiət arasındakı əlaqəni, hormoniyanı simvolizə edir. Buddistlərin əsas dini mərkəzi olan Honkonqda yerləşir. Gözəl və qeyri-adi arxitekturaya malik olan Böyük Budda dünya turistlərin də diqqətini cəlb edib və bu səbəbdən ilbəil buraya gələn turistləri sayı artır[1].

Böyük Budda
Hong Kong Budha
Xəritə
22°15′15″ şm. e. 113°54′19″ ş. u.HGYO
Ölkə  Honkonq
Şəhər Lantau
Yerləşir ada
Tikilmə tarixi 1990
Hündürlüyü 26,4 m, 34 m
Material tunc
Vəziyyəti stabil
Rəsmi sayt plm.org.hk/.com
RegionAsiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Statuetin hündürlüyü 34 m, çəkisi isə 250 tondur. Ən hündür budda olan Böyük Budda 2007-ci ildə brüncdən hazırlanmışdır (ən hündürü Tayvanda Qaoskyunededi). Ən hündür hissəsinə qalxmaq üçün gələnlər 268 pilləkan qalxmalıdılar. Bununla yanaşı avtomobil yoluda vardır. Böyük Budda şimala, digərləri isə cənuba baxır.

1990-cı ildə statuyanın tikintisinə başlanıb, 1993-cü ilin 29 dekabrında isə bitib. Açılış mərasiminə monarxlar dəvət olunmuşdur. Buraya gələnlərin əksəriyyəti Hindistan, Honkonq, Çin, Tailand,Yaponiya, Koreya, Tayvan, Malayziya, Sinqapur, Şri-Lanka və başqa ölkələrin əhalisi təşkil edir. Bu xalqların nümayəndələrinin əksəriyyəti buddizmə sitayiş etməsi onların üstünlük təşkil etməsinə səbəb olmuşdur.[2]

Monastır 10:00-dan 17:45 kimi acıqdır. Giriş pulsuzdur. Ancaq budda lap daxilinə getmək üçün ödəniş etmək lazımdır. Ziyarətçilər həmçinin yaxınlıqdakı “Buddanın cənub Çar” da görə bilərlər. Turistlər ən çox buddanın yanındakı çay bağında otururlar.

1999-cu il oktyabr ayının 3-də Böyük Budda daxil olmaq üçün biletlər çap edilir. Bu biletlərin qiyməti 2,5 dollar təşkil edirdi. 2012-ci il may ayının 5-də burada keçirilən Beş festival ərəfəsində biletlərinin qiyməti qalxıb 3 dollar oldu[2].

Ziyarətçilər buranı ziyarət etmək üçün avtobus və taksilərdən istifadə edirlər. Onlar ilk növbədə Mui Vo (Silvermain Bay adı ilə daha çox tanınır) ziyarət edirlər. Bu məkan Outlayinq adasının mərkəzdinsən bir az aralıda yerləşir.

Turistlər Böyük Budda ziyarət etmək üçün iki istiqamətdə işləyən avtobusdan istifadə edə bilərlər:

Mui Vo - Nqonq Pinq - NLB No.2

Tunq Çunq - Nqonq Pinq - NLB no 23

Nqnonq Pinqlə Tunq Çunq arasındakı məsafə uzundur. Təxminən 25 dəqiqə həmin məkana çatmaq olar[3].

Yaxınlıqdakı görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Po Lin monastrı, Buddist monastrının qapısının yanında yerləşir - 0,31 km
  • Nogn Ping 360, Tung Cunq ərazisi ilə Nogn Ping birləşdirən tramvay yolu 0,40 km aralıda yerləşir.
  • Lantau cənub ölkə parkı, ölkə parkından və ya təbiət parkından sahəsi 56,4 kv.km-dir. 3,37 km aralıda yerləşir.
  • Tayi Landau adasının əsas balıq mərkəzidir. 4.36 km aralıda yerləşir.
Tian Tan Buddha.jpg
Tian Tan Buddha
Tain Tan Buddha NP
  1. John S. Strong, Relics of the Buddha (Princeton: Princeton University Press, 2004)
  2.  The monastery website
  3.  Hong Kong Post stamps Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine
  4.  Tian Tan Buddha Arxivləşdirilib 2015-07-09 at the Wayback Machine
  • Buddhist art
  • Chinese Buddhism
  • List of statues by height, many of which are Buddhist statues.
  1. DeWolf, Christopher «9 Hong Kong tourist traps — for better or worse» Arxivləşdirilib 2012-11-01 at the Wayback Machine CNN Go. 27 October 2010. Retrieved 2012-03-03
  2. 1 2 "Hongkong Post Stamps - Library"". 2017-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.
  3. "Tian Tan Buddha". 2015-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.