Böyük Kölə gölü (ing. Great Slave Lake, fr. Grand Lac des Esclaves) — buzlaq-tektonik məhşəlli göl. Sahəsinə görə Kanadanın Şimal-Qərb ərazilərinin ikinci (Böyük Ayı gölündən sonra), Şimali Amerikanın beşinci, dünyanın isə onuncu böyük gölüdü,[1][2] həmçinin Şimali Amerikanın ən dərin gölüdü (dərinliyi 614 m)
Böyük Kölə gölü | |
---|---|
ing. Great Slave Lake, fr. Grand Lac des Esclaves | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 156 m |
Eni | 225 qədər |
Uzunluğu | 480 km |
Sahil uzunluğu | 3057 km |
Sahəsi | 28568 km² |
Həcmi | 1580 km³ |
Su tutumu | 971000 km² |
Dərin yeri | 614 m |
Orta dərinliyi | 41 m |
Yerləşməsi | |
61°40′00″ şm. e. 114°07′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qreyt-Sleyv-Leyk (ing. Great Slave Lake) adını gölə onun ilk açılışını edən avropalı səyyah Samuel Hirn vermişdir.[1] Bu ad gölün ətrafında yaşayan və Atabask məşəli olan hindu xalqı Sleyvinin adından əmələ gəlib.[2]
Gölün adı Sleyv etnik qrupunun adının ingilscə ing. slave (kölə) sözü ilə səhv salma nəticəsində meydana gəlmişdir, buna görə də gölün adı dünyanın müxtəlif dillərinə "Kölə" kimi tərcümə olunur. Əslində isə Sleyvlər xüsusiyyət baxımından döyüşkən xalqdır. Kanada ərazisində sayları 10000 nəfərdir (XXI əsrin başlığında), və Kanadanın bir çox digər hindu xalqları ilə müqayisədə yaşayış sahələri nisbətən daha böyükdü. Analoji qarışıqlıq Kölə çayı və Kiçik Kölə gölü ilə də mövcuddur.
Uzunluğu 480 km, eni 19 – 225 km arasında dəyişir. Gölün sahəsi 28 568 km², həcmi 1580 km³[3] təşkil edir.
8 ay müddətində (oktyabrdan iyuna qədər) buzla örtülü olur. 1967-ci ilə qədər (şose inşa edilənə qədər) nəqliyyat vastələri sərbəst şəkildə gölün üzəri ilə hərəkət edə bilirdilər. İndiyədək mallar və yanacaq qışda almaz mədənlərinə qədər buzun üstü ilə çatdırılır.
Gölə axan əhəmiyyətli çaylar: Hey, Kölə, Tolson, Snoudrift və Yellounayf. Göldən isə Makkenzi çayı başlayır. Böyük Ayı və Atabaska gölləri ilə birlikdə Böyük Kölə gölü keçmişdə geniş olan buzlaq gölün qalığıdı.[1] Qərb sahilləri meşələrlə örtülüdür, şərqi və şimalı isə tundradır.
Gölü şərqi olduqca mənzərəlidir. Şərq hissəsində yeganə qəsəbə Lutsel Kedir (Lutsel K’e). Burada cəmi 350 nəfər yaşayır, və əhalisinin çoxusunu hindular təşkil edirlər.
Hələ qədim zamanlardan gölün sahilində hindular yaşayır.
XVIII əsrin əvvəllərindən gölün ərtafında yaşayan hindular Hudzon körfəzi şirkəti üçün xəz tədarükü ilə məşğul idilər.[1]
1771-ci ildə dəri ticarəti ilə məşğul olan Samuel Hirn (Samuel Hearne) ilk dəfə bölgəyə ayaq basır və burada donmuş gölü aşkarlayır. İyirmi ildə sonra isə gölü şotland səyyah Aleksandr Makkenzi müəyyənləşdirir.[1]
1934-cü ildə göl kənarında qızıl aşkarlanır. Bu isə nəticədə burada ərazinin paytaxtı olan Yellounayf şəhərinin salınmasına səbəb olur.[1]
1967-ci ildə göl ətrafında ilin istənilən fəslində istismar üçün yararlı olan şose çəkilir
1978-ci ildə bölgəyə sovet peyki olan «Kosmos-954» düşür və böyük radioaktivlik yaradır.
1990-ci illərdə gölün yerləşdiyi rayonda almaz aşkarlanmışdır.[2]
The surface area of Great Slave Lake is 27,200 km2 with a total volume of 1,070 km3 (van der Leeden et al. 1990)