Böyük Kolumbiya Respublikası


Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada RespublikasıEkvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir.[1] Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada RespublikasıEkvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.

Tarixi dövlət
Böyük Kolumbiya
(isp. República de Colombia)
Bayraq Gerb
Bayraq Gerb
 
 
 
 
1819 — 1831

Paytaxt Boqota
Dilləri ispan dili
Rəsmi dilləri ispan dili
Dövlət dini katolisizm
Ərazisi
  • 3.064.800 km² (1825)
Əhalisi
  • 2.583.799 nəf. (1825)
İdarəetmə forması Respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Bethell, Leslie. The Cambridge History of Latin America. Cambridge University Press. 1985. səh. 141. ISBN 978-0-521-23224-1. İstifadə tarixi: September 6, 2011.