Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir.
Boqota | |
---|---|
Bogotá | |
![]() | |
4°36′34″ şm. e. 74°04′54″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 6 avqust 1538 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.582 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +57 1 |
Poçt indeksi | 11 |
Nəqliyyat kodu | BOG |
Digər | |
bogota.gov.co | |
![]() |
Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır.
Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır.
Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir. Şəhərdə XVII-XIX əsrlərə aid tarixi abidələr qorunur.
29 oktyabr 1971-ci ildə, Boqota şəhəri aşağıdakı şəhərlə şəhər qardaşlaşması müqaviləsi imzaladı:
14 iyun 1982-ci ildə şəhər aşağıdakı şəhərlə beynəlxalq əlaqələr yaratmaq məqsədilə şəhər qardaşlaşması müqaviləsi imzaladı:
Sonrakı dövrlərdə aşağıdakı şəhərlərlə də belə müqavilələr imzalandı:
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |