Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi.[1] 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır.
Böyük Nənə | |
---|---|
Doğum tarixi | təq. 1685 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1733 |
Fəaliyyəti | müqavimət döyüşçüsü[d] |
Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub.[2] Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır.[2] Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.