Böyük Pelis adası — Yapon dənizində, Böyük Pyotr körfəzi ərazisində, Rimsk-Korsakov arxipelaqına daxil olan ən böyük ada Vladivostokdan 70 km cənub-şərqdə yerləşir. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Xasan rayonu ərazisinə daxildir. Uzaqşərq dəniz qoruğunun bir hissəsini təşkil edir. Adada daimi əhali yoxdur. Yay-payız ayları adanı turistlər ziyarət edir.
Böyük Pelis adası | |
---|---|
rus. Большой Пелис | |
Ümumi məlumatlar | |
Sahəsi | 3,6 km² |
Hündür nöqtəsi | 193 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
42°39′ şm. e. 131°27′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
Böyük Pyotr körfəzinincənub-qərbində yerləşən adaları fransız dənizçiləri "Kapriz" briqində kəşf edirlər. Onlar adanı "Iles Pelees" (tərcümədə "çılpaq adalar" mənasını verir. 1854-cü ildə Pallada freqatı və Vostok şxunu adalara yan alaraq onları Korkasov olaraq adlandırmışlar. 1862–1863-cü illərdə adaları podpolkovnik Vasili Matveeviç Babkin tərtqiq edərək adaları "Vostok" şxununun kapitan-leytinantı Voin Andreeviç Rimski-Korkasovun şərəfinə adlandırır.
1863-cü ildə Vasili Matveyeviç Babkin "Kalevala" gəmisində arxipelaqı tətqiq edir. O arxipelaqa daxil olan bütün adalara ad verir. Fransızların adlandırdığı ilkin adı isə arxipelaqın ən böyük adasına vermişdir.
Ada 1930-cu illərə qədər yaşayışsız olmuşdur. Xasangöl döyüşündən sonda ada coğrafi mövqeyi və əlveriçli reylefi səbəbindən əhəmiyyətli hesab edilir. Adada qarnizon yerləşdirilir. Ada ətrafının su altı daşlar və qayalarla zəngin olması səbəbindən onun işgalı mümkünsüz idi. Bu səbəbdən adanın şərqində, zirvədə mayak quraşdırılmışdır.
1970-ci illərin sonlarında hərbiçilər adanı tərk etmişlər. Bundan sonra bütün ərazi Uzaqşərq qoruğuna verilir. Qoruq 24 mart 1978-ci ildə təşkil edilir.
1974-cü ildə bir təcrübə keçilmişdir. Adaya üç nəfər gətirilmiş və onların psixofizioloji vəziyyəti öyrənilmişdir. Bu qrupa: Anatoli Kvalenko, Vladimir Pişulin, Leonid Pepin daxil idi. Onlar adada cəmi 11 gün qalmışlar. Onlar qidanı özləri tapır və göl kənarında yaşayırdılar. 1976-cı ildə Leonid Pepinin "Üç nəfər yaşayışı olmayan adada" adlı işıq üzü görür.
Böyük Pelis adası Primorski diyarının və bütünlükdə Rusiyanın ən cənub adalarından biridir. Bununla yanaşı Rimski-Korsakov arxipelaqının ən böyük adasıdır. Adanın uzunluğu 5 km, eni isə 1,1 km, sahəsi 3,6 km² təşkil edir. Maksimal hündürlüyü 193 metrdir. Ada iki hissədən ibarətdir — böyük şimal və kiçik cənub. Onlar öz aralarında eni 250 metr olan bərzəxlə birləşirlər.
Adanın sahilləri rəngarəngdir. Sahil xətdinin uzunluğu 12,7 km-dir. Adanın şimalında şirinsulu göl yerləşir. Rimsk-Korkasov arxipelaqına daxil olan diğər adalarda göl yoxdu.
Qərb sahillərini Molçan buxtasının suları yuyur. Buxta Vasili Matveyeviç Babkin tərəfindən 1882-ci ildə tətqiq edilmişdir. Buxta İvan Aleksandroviç Molçanskinin şərəfinə adlandırılmışdır[1].
Adada ən soyuq ay yanvardır. Bu zaman orta temperatur −11 °C olur. Ən isti ay isə avqustdur, bu ayın orta temperaturu +21 °C.
Ay üzrə günəşli saatların sayı. | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yanvar | Feval | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İl | |
200 | 199 | 202 | 192 | 165 | 127 | 118 | 156 | 209 | 213 | 170 | 179 | 2130 |