Böyük Pyotr körfəzi[1] — Yapon dənizində, Rusiyanın Primorsk diyarı sahilində yerləşən ən iri körfəzdir. Şərqdə Povorotnı burnundan tutmuş, qərbdə Tumannaya çayının məsəbinə qədər uzanır.
Böyük Pyotr körfəzi | |
---|---|
rus. Залив Петра Великого | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Sahəsi | 9,000 km² |
Duzluluğu | 32 ‰ |
Yerləşməsi | |
42°46′ şm. e. 131°51′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Körfəzin uzunluğu şimaldan cənuba 80 kilometr, şərqdən qərbə isə 200 kilometr təşkil edir. Körfəzin ümumi sahəsi 90000 km²-dir. Sahil xəttinin uzunluğu 1230 kilometrdir. Körfəzin duzluğu 32–34 ‰-dır.
Körfəzin sahilləri olduqca girintili-çıxıntılırdır. Bu səbəbdən daxili körfəzlər əmələ gətirir: Poset körfəzi, Amur körfəzi, Ussuri körfəzi, Strelok körfəzi, Vostok körfəzi, Naxotka körfəzi.
Böyük Pyotr körfəzinin sahillərində yerləşən iri şəhərlər: Vladivostok, Naxodka, Bolşoy Kamen, Fokino, üstəlik Rusiyanın Sakit okeanda yerləşən ən iri limanı Vostoçnı.
Adaları: Ruskiy, Popov adası, Reyneke adası, Rikord adası, Moiseev adası, Furuqelm adası, Askold adası, Putyatin adası, Roma-Korsakov arxipelaqı, Paxtusox adası, Jeltuxin adası, İki qardaş adası.
Qış ayları Amur körfəzi, Ussuri körfəzlərinin yuxarı hissələri, Sterolok körfəzi və Naxodka körfəzləri donur. Böyük Pyotr körfəzinin qərb sahilləri də tədricən donur. Daxili körfəzlərdə donma daha tez baş verir. Qışın axırlarına yaxın dreyf edən körfəzlərin hesabına körfəzin daxili hissəsi bütünlüklə donmaya məruz qalır. Körfəzi özünün isə yarıya qədəri donmaya məruz qalır.
1860–1863-cü ildə körfəzin sahillərindən tutmuş Rus-Koreya sərhədlərinə qədər olan əraziləri, Askold, Putyatin adaları və 25 daha kiçik ada hərbi hidroqraf Vasili Matveyeviç Babkin[2] tərəfindən xəritəyə salınmışdır. 1888–1891-ci illərdə isə körfəzin cənub hissəsi ayrı bir layihə çərçivəsində dibi xəritəyə salınmışdır. Bu işlərin həyata keçirilməsi leytenant K. P. Andreevin rəhbərliyi altında baş tutmuşdur. Bütün bu işlərin həyata keçilirməsində məşhur rus hidroqrafı Nikolay Vasileviç Morozovda belə iştirak etmişdir[1].
Hər il körfəzdə yelkənli qayıq üzrə ümumrusiya yarışı keçirilir. Qalibə Böyük Pyotr körfəzi kuboku verilir