Böyük Saray Mozaika Muzeyi (tür. Büyük Saray Mozaikleri Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sultanəhməd meydanında yerləşən mozaika muzeyi.[1] Muzeydə Böyük Konstantinopol Sarayının yerindən tapılmış Bizans dövrünə aid mozaikalar nümaiş olunur.
Böyük Saray Mozaika Muzeyi | |
---|---|
Əsası qoyulub | 1953 |
Açılış tarixi | 1953 |
Ölkə | |
Yerləşir | Fateh |
41°00′16″ şm. e. 28°58′36″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Saray Mozaika Muzeyi 1953-cü ildə İstanbul Arxeologiya Muzeyində, 1979-cu ildə isə Ayasofya Muzeyinin nərzində açılmışdır.
Muzey 1982-ci ildə Türkiyə Abidələr və Muzeylər Baş İdarəsi ilə Avstriya Elmlər Akademiyası arasında bağlanmış müqavilə əsasında aparılan bərpa işlərinin 1987-ci ildə başa çatdığından sonra indiki formasını almışdır.
1872 m2 səth sahəsi ilə bu mozaika son antik dövrdən günümüzə qədər gəlib çatmış ən böyük və ən müxtəlif mənzərə təsvirlərindən biridir.
Mozaika parçaları 150 insan və heyvan fiqurundan istifadə edərək təsvir edilmiş 90 fərqli mövzudan ibarətdir. Təbiət yönümlü rəsmlər, açıq havada çoban həyatı, işlə məşğul olan kəndlilər və ovçuların cəsarəti kimi mövzulardan bəhs edir. Təbiətdə və ya çəmənlikdə oynayan və otlayan heyvanlarla yanaşı, mifoloji heyvan hekayələrindən və ya nağıllardan gələn xəyali varlıqlar da mozaikalarda təsvir edilir.
Muzeydə peristil[2] sarayının səkisini bəzəmək üçün istifadə edilən mozaikalar var. Bu mozaika, ehtimal ki, Bizans imperatoru I Yustinianın (527-565) hakimiyyəti dövrünə aiddir. Lakin daha yeni təhlillər I İraklinin hakimiyyəti dövrünə, yəni daha sonrakı bir tarixə aid olduğunu göstərir.[3] 1935-1938 və 1951-1954-cü illərdə Sultan Əhməd meydanındakı Arasta bazarında aparılan geniş qazıntılar zamanı Şotlandiyanın Sent-Endryus Universitetinin britaniyalı arxeoloqları tərəfindən aşkar edilmişdir.
Mozaikaların üzərində olan mövzular həm insan, həm də heyvan döyüşçülərinin iştirak etdiyi müxtəlif döyüş səhnələrinə qədər dəyişir. Həmçinin müxtəlif heyvanlar, o cümlədən aslanlar, qartallar, ilanlar və hətta qrifonların bir neçə versiyası daxildir.