Böyük Sinaqoq (Varşava)

Böyük Sinaqoq (ivr.בית הכנסת טלומצקה‏‎; pol. Wielka Synagoga w Warszawie) - Polşanın paytaxtı Varşava şəhərində yerləşmiş sinaqoq. Məbəd 1875-1878-ci illərdə şəhərdə yaşayan yerli yəhudi icması tərəfindən tikilimişdir. Böyük Sinaqoq olaraq adlandırılan məbəd 1878-ci ilin 26 sentyabr tarixində Roş Haşana bayramı münasibətilə istifadəyə verilir. Uzun müddət şəhərin əsas sinaqoqu olaraq fəaliyyət göstərən Böyük sinaqoq 1943-cü ildə Varşava gettosunda saxlanılan yəhudilər tərəfindən başladılmış Varşava gettosu üsyanı zamanı Üçüncü Reyx ordusu tərəfindən dağıdılmışdır.

Böyük sinaqoq
Wielka Synagoga w Warszawie
בית הכנסת טלומצקה
Xəritə
52°14′40″ şm. e. 21°00′08″ ş. u.HGYO
Ölkə  Polşa
Şəhər Varşava
Yerləşir Varşava
Aidiyyatı Yəhudilik
Tikilmə tarixi 1875
Üslubu Neointibah memarlığı
Vəziyyəti dağıdılıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar