Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Üçüncü Reyx (alm.Drittes Reich; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm.Deutsches Reich; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm.Großdeutsches Reich; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.
Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakıBenito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır.
Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.Tausendjähriges Reich) adlandırılırdı.
Hitler 1934-cü ilin sentyabrında Nürnberqdə etdiyi çıxışında bu reyxin 1000 il yaşayacağını qeyd etdikdən sonra, bu dövləti "Minillik reyx" adlandırmışlar.
Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyadakommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918–1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.
Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar Adolf Hitlerin başçılıq etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyası və Ernst Telmanın başçılıq etdiyi Almaniya Kommunist Partiyası idi. Hər iki partiya 1932-ci ildə keçirilmiş parlament seçkiləri zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya hökuməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 1933-cü ildə prezident Paul fon HindenburqAdolf Hitlerireyxskansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin iz qoymuş Üçüncü Reyx hakimiyyəti başladı.
1934-cü il avqustun 2-də 86 yaşlı prezident Paul fon Hindenburq vəfat etdi. Bütün hakimiyyəti öz əlində birləşdirən Adolf Hitler ömürlük füreroldu. O, öz hakimiyyətini möhkəmləndirmək üçün qısa müddət ərzində güclü terror aparatı yaratdı. İctimai həyatın bütün sahələrinə nəzarət etmək məqsəsilə "Gizli polis" (Gestapo) və onun fəaliyyət mexanizmini formalaşdırdı. Eyni zamanda "Hücumçu dəstələr" (SA), "Müdafiə dəstələri" (SS), "Təhlükəsizlik xidməti" (SD) faşist diktaturasının əsas dayağına çevrildi.
1933–1934-cü illərdə bütün sənaye sahələri nəqliyyat, ticarət, sənətkarlıq mərkəzləri, həmçinin, banklar və müxtəlif kompaniyalar diktator hakimiyyətinin möhkəmləndirilməinə xidmət etməli idi. 1933-cü ilin əvvəllərində Hitler hökuməti "Milli Əmək haqqında qanun" qəbul etdi. Bununla müəssisə sahiblərinin fəhlələr üzərində hökmranlığına qoyulan məhdudiyyət aradan qaldırıldı. Artıq, bu dövrdə fəhlələrin gündəlik iş rejimi 12–14 saata çatırdı. Faşist rəhbərliyi işsizliyin "ləğv edilməsi" istiqamətində real addımlar atdı. Belə ki, işsiz fəhlələr ağır işlərə, xüsusilə, strateji yolların tikintisinə, hərbi qüvvələrin möhkəmləndirilməsi üçün xidmətə, habelə, əmək düşərgələrinə göndərildi.
Fürer ölkənin kənd təsərrüfatını da faşist hərbi qaydalarına uyğunlaşdırdı. Kəndlilər üzərində yunkerlərin hökmranlığı möhkəmləndirildi ki, bu, kulak təsərrüfatının inkişafına ciddi təkan verdi. "İrsi həyətlər haqqında qanun" isə iri torpaq sahiblərinə böyük güzəşt demək idi. Nəzərdən keçirilən illərdə Almaniyada 1,5 mln. işsiz olan kəndli böyük şəhərlərə axışırdı. Faşist rəhbərliyinin müharibəyə hazırlıq məqsədilə 1935-ci ildə qəbul etdiyi "Əmək mükəlləfiyyəti haqqında qanun" isə gənclərin daha ağır işlərə səfərbər edilməsinə səbəb oldu. Artiq, bu dövrdən etibarən hitlerçilər bolşevizm və kommunizm lə açıq mübarizəyə başlamışdılar.
1933–1939-cu illərdə ölkənin hərbi xərçləri 10 dəfə artmış və 1938–1939-cu illərdə illik büdcənin 58%-i həcmində olmuşdur. Bu illərdə Almaniyada 300 yeni hərbi zavod tikilmişdi ki, onlardan 60-ı aviasiya, 45-i avtomobil və tank, 70-i isə kimya tipli idi. 1935-ci ilin martında faşist hökuməti "Ümumi hərbi mükəlləfiyyət keçirilməsi haqqında" qərar verdi və bununla alman ordusuna qoyulan məhdudiyyətlər aradan qaldırıldı. 1935–1939-cu illərdə orduda əsgər və zabitlərin sayı 5 mln. nəfərə çatdırıldı. Bu dövrdə Almaniyada yaşayan yəhudilərə qarşı məhdudiyyət gücləndirildi. 1936-cı ildə qəbul olunmuş qanunla yəhudilərə vətəndaşlıq hüququ verilməsindən imtina olundu. "Büllur gecəsi" adını almış hadisə isə 1938-ci il noyabrın 9-da baş verdi. Kütləvi şəkildə yəhudilərə qarşı qırğınlar törədildi. Üçüncü reyx xarici siyasətdə fəal mövqe tutdu. 1936–1937-ci illərdə Berlin-Roma-Tokio oxu yaradıldı. 1936-cı ilin iyulunda Almaniya İtaliya ilə birlikdə İspaniya Respublikasına qarşı hərbi əməliyyata başladı. 1938-ci ilin martında Avstriyanı işğal edən faşist Almaniyası 1939-cu ildə Çexoslovakiyanı ələ keçirdi. Alman qoşunlarının təcavüzkar hərəkətləri ABŞ, İngiltərə və Fransa dövlətləri tərəfindən müdafiə edilirdi. Həmin dövlətlər faşist Almaniyasını Sovet İttifaqına qarşı açıq şəkildə təhrik etməklə beynəlxalq gərginliyi daha da kəskinləşdirdilər.
Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci Dünya müharibəsində itirdiyi torpaqları geri əldə etməyə başladı. Belə ki, 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. Almaniya iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. Bunun ardınca 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936–1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Antikomintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu. 1939-cu ildə isə Almaniya və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il ərzində bir-birinə hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başladı. Ardınca SSRİ də Polşa və Baltikyanı ölkələrə hücum edərək onları işğal etdi.
Müharibənin ilk günlərindəcə alman ordusu Vermaxt böyük uğurlar əldə etdi. Vermaxt çox qısa bir müddətdə Polşanı (1939), Norveçi (1940), Belçika (1940), Hollandiya (1940), Fransa (1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya Böyük Britaniya ilə sülhə girməyə çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri Vinston Çörçillin barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı müharibəyə sürüklədi. Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi. Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları vasitəsilə bütün adaları tutmaq idi.
Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar britaniyalılara qarşı Atlantik okeanında müharibə etmək taktikasına keçsələr də, burada da ciddi bir uğur əldə etmək mümkün olmadı. 1941-ci ilin başlanğıcında alman ordusu Şimali Afrikaya yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq onları Misirin içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan yarımadasına hücumu başladı. Burada Bolqarıstan və Rumıniya Almaniyanın müttəfiqləri oldular. Yunanıstan və Yuqoslaviya isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu. Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə SSRİ-yə hücuma keçdi. Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr ayına kimi Həştərxan və Arxangelsk şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi
Bizə yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq.
Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda Kiyev, Minsk və Baltikyanı ərazilər tutuldu, Leninqrad şəhəri mühasirəyə alındı. Yeni tutulmuş ərazilərdə yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1–1.5 milyon sovet əsgəri alman ordusunun tərəfinə keçmişdi. Lakin almanların hücumları Moskva ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən biri kəskin soyuq hava olsa da, digər bir səbəb ABŞ və Böyük Britaniyanın SSRİ-yə çox böyük miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu.
1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-nin Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də çətinləşdirdi. Lakin 1942-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və Qafqaza doğru irəliləməyə başladı. Lakin həmin dövrdə almanların Şimali Afrikada baş verən Əl-Əlameyn döyüşündə ingilis ordusuna məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın cənubunda Stalinqrad və Qafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə qazandıqları əraziləri itirməyə başladılar. 1943-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 1945-ci ildə Almaniya qəti olaraq məğlubiyyətə uğradı. İkinci Dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır, alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir.
Bartrop, Paul R.; Jacobs, Leonard, redaktorlar Modern Genocide: The Definitive Resource and Document Collection. 1. Santa Barbara, CA: ABC-CLIO. 2014. ISBN978-1-61069-363-9.
Berghahn, Volker R.Germans and Poles, 1871–1945 // Bullivant, Keith; Giles, Geoffrey; Pape, Walter (redaktorlar ). Germany and Eastern Europe: Cultural Identities and Cultural Differences. Yearbook of European Studies. Amsterdam and Atlanta, GA: Rodopi. 1999. ISBN978-90-420-0688-1.
Browning, Christopher. The Origins of the Final Solution: The Evolution of Nazi Jewish Policy, September 1939 – March 1942. Arrow. 2005. ISBN978-0-8032-5979-9.
Busse, Reinhard; Riesberg, Annette. "Health Care Systems In Transition: Germany"(PDF). Copenhagen: WHO Regional Office for Europe on behalf of the European Observatory on Health Systems and Policies. 2004. İstifadə tarixi: 15 May 2013.
Closmann, Charles. Legalizing a Volksgemeinschaft: Nazi Germany's Reich Nature Protection Law of 1935 // Brüggemeier, Franz-Josef; Cioc, Mark; Zeller, Thomas (redaktorlar ). How Green Were the Nazis?: Nature, Environment, and Nation in the Third Reich. Athens: Ohio University Press. 2005.
Constable, George, redaktorFists of Steel. The Third Reich. Alexandria, VA: Time-Life Books. 1988. ISBN978-0-8094-6966-6.
"Declaration Regardinig the Defeat of Germany and the Assumption of Supreme Authority with Respect to Germany and Supplementary Statements". American Journal of International Law. 39 (3): 171–178. July 1945. doi:10.2307/2213921. JSTOR2213921.
Dorland, Michael. Cadaverland: Inventing a Pathology of Catastrophe for Holocaust Survival: The Limits of Medical Knowledge and Memory in France. Tauber Institute for the Study of European Jewry series. Waltham, Mass: University Press of New England. 2009. ISBN978-1-58465-784-2.
Dussel, Konrad. "Wie erfolgreich war die nationalsozlalistische Presselenkung?" [How Successful was National Socialist Control of the Daily Press?]. Vierteljahrshefte für Zeitgeschichte (German). 58 (4). 2010: 543–561. doi:10.1524/vfzg.2010.0026. (abunə tələb olunur)
Farago, Ladislas. German Psychological Warfare. International Propaganda and Communications. New York, NY: Arno Press. 1972 [1942]. ISBN978-0-405-04747-3.
Fest, Joachim. Plotting Hitler's Death: The German Resistance to Hitler 1933–1945. London: Weidenfeld & Nicolson. 1996.
Fleming, Michael. "Allied Knowledge of Auschwitz: A (Further) Challenge to the 'Elusiveness' Narrative". Holocaust and Genocide Studies. 28 (1). Spring 2014: 31–57. doi:10.1093/hgs/dcu014.
Freeman, Michael J. Atlas of Nazi Germany: A Political, Economic, and Social Anatomy of the Third Reich. London; New York, NY: Longman. 1995. ISBN978-0-582-23924-1.
Gellately, Robert. Social Outsiders in Nazi Germany. Princeton University Press. 2001. ISBN978-0-691-08684-2.
Gellately, Robert. "Reviewed work(s): Vom Generalplan Ost zum Generalsiedlungsplan by Czeslaw Madajczyk. Der "Generalplan Ost". Hauptlinien der nationalsozialistischen Planungs- und Vernichtungspolitik by Mechtild Rössler; Sabine Schleiermacher". Central European History. 29 (2). 1996: 270–274. doi:10.1017/S0008938900013170.
Germany (West) Presse- und Informationsamt. Germany Reports. With an introduction by Konrad Adenauer (German). Wiesbaden: F. Steiner. 1961. OCLC5092689.
Germany (West). Statistisches Bundesamt. Die deutschen Vertreibungsverluste. Bevölkerungsbilanzen für die deutschen Vertreibungsgebiete 1939/50 (German). Wiesbaden: Verlag W. Kohlhammer. 1958. OCLC7363969.
Haar, Ingo. Ehmer, Josef (redaktor). Die deutschen Vertreibungsverluste: – Forschungsstand, Kontexte und Probleme. Ursprünge, Arten und Folgen des Konstrukts "Bevölkerung" vor, im und nach dem "Dritten Reich" : Aspekte und Erkenntnisse zur Geschichte der deutschen Bevölkerungswissenschaft (German). Springer. 2009. ISBN978-3-531-16152-5.
Hahn, Hans Henning; Hahnova, Eva. Die Vertreibung im deutschen Erinnern. Legenden, Mythos, Geschichte (German). Munich; Vienna: Paderborn. 2010. ISBN978-3-506-77044-8.
Hubert, Michael. Deutschland im Wandel. Geschichte der deutschen Bevolkerung seit 1815 (German). Stuttgart: Steiner, Franz Verlag. 1998. ISBN978-3-515-07392-9.
Kammerer, Willi; Kammerer, Anja. Narben bleiben: die Arbeit der Suchdienste – 60 Jahre nach dem Zweiten Weltkrieg. Berlin: Dienststelle. 2005.
Lukas, Richard C.Did the Children Cry?: Hitler's War Against Jewish and Polish Children, 1939–1945. New York, NY: Hippocrene. 2001 [1994]. ISBN978-0-7818-0870-5.
Majer, Diemut. "Non-Germans" under the Third Reich: The Nazi Judicial and Administrative System in Germany and Occupied Eastern Europe, with Special Regard to Occupied Poland, 1939–1945. Baltimore; London: Johns Hopkins University Press. 2003. ISBN978-0-8018-6493-3.
Martin, Bernd. Japan and Germany in the Modern World. New York, NY; Oxford: Berghahn Books. 2005 [1995]. ISBN978-1-84545-047-2.
Materski, Wojciech; Szarota, Tomasz. Polska 1939–1945: straty osobowe i ofiary represji pod dwiema okupacjami (Polish). Instytut Pamięci Narodowej, Komisja Ścigania Zbrodni przeciwko Narodowi Polskiemu. 2009. ISBN978-83-7629-067-6.
McElligott, Anthony; Kirk, Tim; Kershaw, Ian. Working Towards the Führer: Essays in Honour of Sir Ian Kershaw. Manchester: Manchester University Press. 2003. ISBN978-0-7190-6732-7.
Murray, Williamson; Millett, Allan R. A War to be Won: Fighting the Second World War. Cambridge, MA: Belknap Press of Harvard University Press. 2001 [2000]. ISBN978-0-674-00680-5.
Overmans, Rüdiger. Deutsche militärische Verluste im Zweiten Weltkrieg. Beiträge zur Militärgeschichte (German). München: R. Oldenbourg. 2000 [1999]. ISBN978-3-486-56531-7.
Overmans, Rűdiger. "Personelle Verluste der deutschen Bevölkerung durch Flucht und Vertreibung". Dzieje Najnowsze Rocznik. 16. 1994: 51–63.
Raeder, Erich. Grand Admiral: The Personal Memoir of the Commander in Chief of the German Navy From 1935 Until His Final Break With Hitler in 1943. New York, NY: Da Capo Press. 2001 [1956]. ISBN978-0-306-80962-0.
Scobie, Alexander. Hitler's State Architecture: The Impact of Classical Antiquity. University Park: Pennsylvania State University Press. 1990. ISBN978-0-271-00691-8.
Smith, J. W. The World's Wasted Wealth 2: Save Our Wealth, Save Our Environment. Cambria, CA: Institute for Economic Democracy. 1994. ISBN978-0-9624423-2-2.
Tümmler, Holger. Hitlers Deutschland: Die Mächtigen des Dritten Reiches (German). Wolfenbüttel: Melchior Verlag. 2010. ISBN978-3-941555-88-4.
Uekötter, Frank. The Green and the Brown: A History of Conservation in Nazi Germany. Cambridge; New York, NY: Cambridge University Press. 2006. ISBN978-0-521-84819-0.
Uekötter, Frank. Polycentrism in Full Swing: Air Pollution Control in Nazi Germany // Brüggemeier, Franz-Josef; Cioc, Mark; Zeller, Thomas (redaktorlar ). How Green Were the Nazis?: Nature, Environment, and Nation in the Third Reich. Athens: Ohio University Press. 2005.
Umbreit, Hans. Hitler's Europe: The German Sphere of Power // Kroener, Bernhard; Müller, Rolf-Dieter; Umbreit, Hans (redaktorlar ). Germany and the Second World War, Vol. 5. Organization and Mobilization in the German Sphere of Power. Part 2: Wartime Administration, Economy, and Manpower Resources, 1942–1944/5. Oxford; New York, NY: Oxford University Press. 2003. ISBN978-0-19-820873-0.
Walk, Joseph. Das Sonderrecht für die Juden im NS-Staat: Eine Sammlung der gesetzlichen Maßnahmen und Rechtlinien, Inhalt und Bedeutung (German) (2nd). Heidelberg: Müller Verlag. 1996.
Wedekind, Michael. The Sword of Science: German Scholars and National Socialist Annexation Policies in Slovenia and Northern Italy // Haar, Ingo; Fahlbusch, Michael (redaktorlar ). German Scholars and Ethnic Cleansing (1920–1945). New York, NY: Berghahn. 2005. ISBN978-1-57181-435-7.
Weinberg, Gerhard L. A World at Arms: A Global History of World War II. Cambridge; Oxford: Cambridge University Press. 2005 [1994]. ISBN978-0-521-85316-3.
Welch, David. Hitler: Profile of a Dictator. London: Routledge. 2001. ISBN978-0-415-25075-7.
"Women in the Third Reich". United States Holocaust Memorial Museum. İstifadə tarixi: 16 September 2018.
Wiederschein, Harald. "Mythos Waffen-SS". Focus(alman). 21 July 2015. İstifadə tarixi: 3 October 2018.
Дашичев В. И. Банкротство стратегии германского фашизма. Исторические очерки, документы и материалы / Отв. ред. чл.-кор. АН СССР А. М. Самсонов. Т. 1–2. — М.: Наука, 1973. ([Вторая мировая война в исследованиях, воспоминаниях, документах]).
Зинченко В. П. Drittes Reich. — К.: Издательский дом "Нева", 2004. — 480 с. — (Секретные материалы). — 3500 экз. — ISBN 5-7654-3707-9.
Комптон Д. Свастика и орёл. Гитлер, Рузвельт и причины Второй мировой войны, 1933–1941 / Джеймс Комптон; пер. с англ. Е. В. Ламановой. — М.: Центрполиграф, 2007. — 256 с., илл. — ISBN 978-5-9524-3326-7.
Мосякин А. Г. Ограбленная Европа. Сокровища и Вторая мировая война. — М.: Товарищество научных изданий КМК, 2018. — 317 с., илл. — ISBN 978-5-604-07490-9 (1-е изд.: Ограбленная Европа. Вселенский круговорот сокровищ. — СПб.: "Амфора", 2014. — 414 c. — ISBN 978-5-367-03200-0).
Уолкер М. Наука при национал-социализме (Пер. с англ. И. А. Белозеровой) // Наука и кризисы. Историко-сравнительные очерки. / Санкт-Петербургский филиал Института истории естествознания и техники РАН; ред.-сост. Э. И. Колчинский. — СПб.: Дмитрий Буланин, 2003. — С. 701–727