Böyük Tiqan qəbiristanı

Böyük Tiqan qəbiristanı (rus. Больше-Тиганский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Alekseyev rayonunun Böyük Tiqan kəndi yaxınlığında yerləşən arxeoloji abidə[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

1974-cü ildə aşkar edilmiş Böyük Tiqan qəbiristanı Şərqi Avropada VIII əsrin sonu – IX əsrin birinci yarısına aid qədim macarlara məxsus ilk tədqiq olunmuş nekropoldur[1].

Burada ölülər çoxsaylı dəfn avadanlığı – silahlar, bəzək əşyaları, qoşqu ləvazimatı və at sümükləri, gümüş dəfn maskaları ilə birlikdə dəfn olunmuşdur[1].

Macarlara aid analoji IX-X əsrlər dəfn yerləri Dunayda da məlumdur[1]. Bu, macarların IX əsrdə Uralyanı və Volqaboyundan qərb istiqamətində köçməsini təsdiq edir[1].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 BÖYÜK TİQAN QƏBİRİSTANI Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)