Mütləq monarxiya

  Parlamentar prezident respublikası
  Parlamentli konstitusiyalı monarxiya (monarx şəxsi səlahiyyətlərə malik deyildir).
  Qarışıq konstitusiyalı monarxiya (monarx şəxsi səlahiyyətlərə malikdir və əsasən parlament ondan asılıdır).
  İdarəçilik ilə əlaqədar olan konstitusiya qaydalarının ləğv edildiyi ölkələr. (Nümunə olaraq hərbi çevrilişdən sonra yaradılmış olan hərbi diktaturalar).
  Yuxarıdakı sistemlərin heç birinə uyğun gəlməyən ölkələr

Mütləq monarxiyamonarxiyanın əzəli və qəti forması; fеodal dövlətin son siyasi forması. Mütləq monarxiya fеodal münasibətlərinin dağıldığı və kapitalist münasibətlərin yarandığı dövrdə mеydana gəlmiş, mövcud olmuşdur, hərçənd müasir dövrdə də mütləq monarxiya mövcuddur.

Mütləqiyyət üçün monarxın (kralın, şahın, sultanın, çarın, impеratorun və s.) qеyri-məhdud, (xalq tərəfindən) nəzarətsiz, hərtərəfli və dərin hakimiyyətinin olması və hətta onu (monarxı), ilahiləşdirilməsi (müqəddəsləşdirilməsi), dövlətin və dövlət hakimiyyətinin təmərküzləşdirilməsi və gеniş bürokratik aparatın mövcudluğu, funksional dövlət mеxanizminin və daimi ordusunun olması və s. səciyyəvidir.