Böyük fasilə (ing. The Great Hiatus) — 1891-ci il mayın 4-dən 1894-cü ilin aprel ayının əvvəlinə qədər olan dövr. Ingilis yazıçısı Artur Konan Doyl tərəfindən yaradılmış dahi özəl detektiv Şerlok Holmsun ölü hesab edildiyi müddətdir.[1] Holmsla bağlı tədqiqatlarda qəbul edilmiş bu termin ilk dəfə 1946-cı ilin iyulunda "Baker Street Journal" jurnalında dərc olunmuş Edqar Vordsvort Smitin "Şerlok Holms və Böyük Fasilə[2]" məqaləsində ortaya çıxmışdır.[3][4]