Şerlok Holms

Şerlok Holms (ing. Sherlock Holmes) — Şotlandiyada anadan olmuş ingilis yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al-qırmızı etüd povestində peyda olmuş Holms Londonda Beyker-strit, 221B ünvanında yaşayır, cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı.

Şerlok Holms
brit. ing. Sherlock Holmes
Yaradan Artur Konan Doyl
Canlandıran Kristofer Li, Piter Kaşinq, Benedikt Kamberbetç, Conni Li Miller[d], Yan MakKellen, Robert Dauni, Roger Moore, Algimantas Masyulis, Kristofer Plammer[d], Maykl Keyn[d], Henri Kavill
Məlumat
Cinsi kişi[d]
Sidney Paget tərəfindən Şerlok Holmsun portreti, 1904

Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb.

Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir.

Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holms haqqında çəkilmiş ən yaxşı ekran əsəri kimi qiymətləndirilir. Bu teleserialda Şerlok Holms obrazını canlandirmış sovet aktyoru Vasili Livanov isə bu obrazın ən yaxşı ifaçılarından biri sayılır və 2006-cı ildə aktyor Böyük Britaniyanın ən yüksək titulu – Britaniya İmperiyası Ordeni ilə təltif olunmuşdur.

Şerlok Holms obrazının məşhurluğu və oxucu kütləsi üzərində təsiri o qədər böyük idi ki, Konan Doylun ölümündən sonra da müxtəlif yazıçılar Holmsu öz əsərlərinin qəhrəmanı şeçməyə davam edirdilər. Şerlok holms obrazından öz əsərlərində istifadə edən son müəlliflərdən biri də Boris Akunin olmuşdur. Onun Qüllənin əsiri hekayəsində Şerlok Holms və Doktor Uotson 1900-cü ilin son günü Fransanın Sen-Malo şəhərində bir dolaşıq işin tədqiqi zamanı Erast Fandorin və köməkçisi Masa ilə həm tərəfdaş, həm də rəqib olurlar.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Holmes və Watson'ın 221B Baker Street ünvanındakı otaqları

Əslində mövcud olmayan bu detektiv kitablarda hər zaman ünvanı olaraq göstərilən və bu gün muzey olan evi Londonda Beyker Küçə 221B'dədir. Holms, öz dövrü üçün olduqca bohem bir adamdır, qəribə zövqləri də vardır və eyni zamanda bipolyar şəxsiyyətə malikdir. Morfin və kokain istifadə edir və bunları evdəki qəribə yerlərə qoyar, usta bir eskrimcidir, çox yaxşı skripka çalar, Irene Adler xaricində təqdir etdiyi və ya həyatına girən bir qadın yoxdur. Yunanlı tərcüməçi hekayəsində, Holmsun bir böyük qardaşı olduğu ortaya çıxar. Mycroft'un, Britaniya hökumətinə olduqca xüsusi bir vəzifəsi var. Qardaşının tərifiylə, onun öz də üstün müşahidə qabiliyyətləri olan Mycroft, hökumətin bütün çıkarımlarını analiz edərək ən uyğun hücumu ifadə edən bir "məlumat bankı" vəzifəsi görər. Mycroft Holmes, Ian Flemingin xarakteri olan Ceyms Bondun gizli müdiri "M" olduğu da söylenir. Holmes olduqca qürurlu bir adamdır ancaq Dr. Watsona yanaşması hər kəsdən fərqlidir.[1][2]

  1. Baskervillərin iti (film, 1959) / The Hound of Baskervilles
  1. Sutherland, John. "Sherlock Holmes, the world's most famous literary detective". British Library. 28 June 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 July 2018.
  2. "Sherlock Holmes awarded title for most portrayed literary human character in film & TV" (ingilis). Guinness World Records. 14 May 2012. 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]